Fransa və Rusiya prezidentləri Emanuel Makron və Vladimir Putin arasında bu gün səhər telefon söhbəti olub.
Gundemxeber.Az xəbər verir ki, Yelisey sarayındakı mənbəyə görə, Suriya böhranına dair bugünkü dördtərəfli İstanbul zirvə görüşü ərəfəsində keçirilən telefon söhbəti zamanı E.Makron münaqişənin siyasi yolla həll olunmasının vacibliyini vurğulayıb.
Fransa Prezidenti həmçinin qarşıdakı görüşdə kimyəvi silahların tətbiqinə yol verməmək, mövcud atəşkəs rejimini uzun müddət qoruyub saxlamaq üçün zəmanət verilməsinə tərəfdar olduğunu diqqətə çatdırıb.
Sorğu
Yeni dizaynımız necədir?