Almaniya mediasının verdiyi məlumata görə, Almaniya kansleri Angela Merkel bazar ertəsi mühafizəkar partiyasına bildirib ki, o, partiyanın bir sıra ştat seçkilərində məğlub olmasından sonra istefaya getməyə hazırdır, lakin vəzifə müddətinin sonunadək kansler olaraq qalmağı planlaşdırır. [b][/b] Merkelin həmçinin yenidən namizədliyini irəli sürməyəcəyini və bunun onun kansler kimi son vəzifə müddətinin olduğunu söylədiyi deyilir.
64 yaşlı Merkel daha öncə dekabr ayında partiya konqresi zamanı mənsub olduğu mühafizəkar Xristian Demokrat İttifaqının lideri olmaq üçün yenidən namizədliyi irəli sürməyi nəzərdən keçirdiyini söyləmişdi, lakin belə görünür ki, onun artıq dördüncü müddətdir başçılıq etdiyi hökümət dəstək toplamaqda çətinlik çəkir.
Merkel 2004-cü ildən bəri Xristian Demokrat İttifaqına başçlıq edir, 2005-ci ildən bəri də Almaniya kansleri vəzifəsində çalışır. Onun yerinə kimin gələcəyi dəqiq bilinməsə də, bir neçə potensial namizəd var.
Hazırkı parlamentin müddəti 2021-ci ildə bitəcək, dpa xəbər agentliyi Merkelin namizədliyini irəli sürməyəcəyini bildirib. Hazırda o, Almaniyanı ölkənin tarixən ən böyük partiyaları olan Xristian Demokrat İttifaqı, Bavariyanın mühafizəkar Xristian Sosial İttifaq və mərkəz-solçu Sosial Demokratların koalisiyası ilə birgə idarə edir. Onun dördüncü müddətdir rəhbərlik etdiyi hökümət mart ayında işə başlayıb, lakin hökümət daxilində fikir ayrılıqları yaşanır.
Bazar günü mərkəzi Hesse ştatında keçirilən seçkidə həm Xristian Demokrat İttifaqı həm də Sosial Demokratlar böyük məğlubiyyət əldə edib. Yaşıllar və ifrat sağçı Almaniya üçün Alternativ partiyaları ilə qələbə qazanıb. Merkelin partiyası cüzi fərqlə qələbə əldə edib.
Sorğu
Yeni dizaynımız necədir?