“Ermənistan ABŞ-a yaxınlaşmağa və bu ölkənin silahını almağa qərar verəcəksə, bu proses Kremlin xoşuna gəlməyəcək. Doğrudur, mən bunun hansı dramatik nəticələrə gətirib çıxaracağını bilmirəm, lakin nələrsə olacaq. Hərçənd, Gürcüstan və Ukrayna nümunələri göstərir ki, Rusiyaya qarşı ABŞ-la dostluq etməyin kədərli nəticələri olur”.
Bu barədə rusiyalı hərbi ekspert Aleksandr Xramçik ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Boltonun İrəvanda olarkən, Ermənistan rəhbərliyini ABŞ silahını almağa dəvət etməsini şərh edərkən deyib. Xramçik qeyd edib ki, ABŞ silahları müəyyən göstəricilərə görə Rusiya silahlarını qabaqlayır. “Lakin bu silahlar kifayət qədər bahalıdır və Ermənistan hərbi büdcəsi bunu qarşılaya bilməz. Ukraynada eyni vəziyyət yarandı, halbuki, bu ölkənin hərbi büdcəsi Ermənistanın hərbi büdcəsindən dəflərlə çoxdur. Yəni ABŞ-dan metal qırıntısı almaq ucuz olacaq və bu qırıntılar Rusiya silahından heç də yaxşı deyil. Yox, ən müasir silahlar almaq istəyən, gərək bunun üçün fantastik miqdarda pullar ödəsin. Digər tərəfdən, ABŞ-ın Ukrayna kimi Ermənistana da “soyuq müharibəsi”ndən qalmış köhnə silahlar verəcəyi istisna deyil. Bununla yanaşı, ABŞ silahını saxlamaq da əlavə xərclər deməkdir. Çünki şəxsi heyəti yenidən öyrətmək və yeni silahlar üçün detallar almaq lazımdır. Müharibə zamanı da Ermənistan ordusunun arsenalındakı Rusiya silahları ilə ABŞ silahları arasındakı kombinasiyanı yaratmaq çətin olacaq”, - deyə o bildirib/muxlifet.az
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?