Əfqanıstanın qərbindəki Fərah vilayətində ölkənin Silahlı Qüvvələrinə məxsus helikopter qəzaya uğrayıb.
Gundemxeber.az xəbər verir ki, hadisə nəticəsində 20 nəfər ölüb. Əfqanıstan Silahlı Qüvvələrinin nümayəndəsi Nəciballa Nəcibinin sözlərinə görə, helikopterin göyərtəsində olanlardan heç kim sağ qalmayıb. Məlumata görə, göyərtədə hərbçilər və vilayət şurasının üzvləri olublar. Hadisənin başvermə səbəbi hələlik məlum deyil.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?