Ermənistanda dekabrın 9-da keçirilməsi nəzərdə tutulan parlament seçkilərinə hazırlıq üçün hökumət tərəfindən kifayət qədər az vaxt qoyulub.
Gundemxeber.Az xəbər verir ki, bunu Rusiyanın “Valday” müzakirə klubunda nitq söyləyən ATƏT-in baş katibi Tomas Qreminger deyib.
“Bu vaxtı həqiqətən də az hesab etsəm də, təəccüblənmədim. Çünki Ermənistanın müvəqqəti hökuməti hamını ətrafında birləşdirməyi, cəmiyyət tərəfindən legitimliyinin dəstəklənməsini istəməsi aydındır”, - deyə baş katib qeyd edib.
Xatırladaq ki, ötən gün Ermənistan prezidenti Armen Sərkisyan parlamentin buraxılması və 9 dekabrda yeni parlament seçkilərinin keçirilməsi ilə bağlı fərman imzalayıb. Bundan bir az əvvəl parlament ikinci turda baş naziri seçməyib. Qanuna görə bu halda parlament buraxılmalıdır.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?