“Jurnalist Camal Xaşoginin öldürülməsi əmrini Səudiyyə Ərəbistanı hökumətinin yüksək vəzifəli məmurları verib”.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın jurnalist C.Xaşogi cinayəti ilə bağlı "Washington Post" qəzeti üçün qələmə aldığı yazıda belə deyilir.
O, məqaləsində Səudiyyə Ərəbistanının Camal Xaşogi cinayətində bir çox suala aydınlıq gətirməli olduğunu bildirib. "Xaşoginin ölüm əmrini kralın verdiyinə heç vaxt inanmadım. Əmri Səudiyyə Ərəbistanı hökumətinin yüksək vəzifəli məmurları verib", - deyə Ərdoğan bildirib.
"Xaşoginin qətlinin üstündən bir ay keçib, İslam üsulu ilə dəfn edilmək onun haqqıdır. Nəşini tapıb cinayətin üstünü açmaq boynumuzun borcudur. Əlimizdə olan bütün sübutları, ABŞ başda olmaqla, bütün dost və müttəfiq ölkələrə təqdim etdik. Uzun illərə söykənən dostluğumuz gözlərimizin önündə işlənən bu cinayətə göz yumacağımız anlamına gəlməməlidir. Heç kəs NATO müttəfiqi olan bir ölkədə bu cür cinayət törətməyə cürət etməməlidir. Əks halda çox ciddi nəticələri olacaq. Xaşogini öldürənləri və Səudiyyə yetkililərinin kimə güvənərək bu hərəkətləri etdiklərini ortaya çıxarmağa məcburuq", - deyə Türkiyə prezidenti vurğulayıb.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?