"Səudiyyə Ərəbistanı jurnalist Camal Qaşıqçının bu ölkənin İstanbuldakı baş konsulluğunun binasını tərk etdiyini sübuta yetirməlidir".
Gundemxeber.Az TASS-a istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Budapeştdəki (Macarıstan) mətbuat konfransı zamanı bildirib.
“Konsulluğun rəsmiləri, sadəcə, onun binanı tərk etdiyini deməklə məsələdən yan keçə bilməzlər. Əgər, doğrudan da, o çıxıb gedibsə, bunu şəkillərlə sübut etməlisiniz”, - o vurğulayıb.
Xatırladaq ki, oktyabrın 2-də Səudiyyə Ərəbistanının tanınmış müxalif jurnalisti, “Washington Post”un müxbiri Camal Qaşıqçı ölkəsinin İstanbuldakı baş konsulluğuna girib və bir daha geri qayıtmayıb.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?