Jurnalist Camal Qaşıqçının cinayətindən sonra kral ailəsinin bəzi üzvləri vəliəhd Məhəmməd bin Salmanın taxta çıxmasına mane olmağa çalışır.
Gundemxeber.az xəbər verir ki, bu barədə “Röyter” kral sarayındakı mənbələrə istinadən yazıb.
Məlumata görə, onlarla şahzadə və kral ailəsinin digər üzvləri taxta kralın kiçik qardaşı şahzadə Əhməd bin Əbdüləzizin keçməsinin tərəfdarıdır. Lakin vəziyyətin kəskinliyini nəzərə alaraq, kral dünyasını dəyişənə qədər nisbi sakitlik nümayiş etdirirlər.
Nəşr həmçinin Qərb ölkələrinin də Əhməd bin Əbdüləzizi dəstəkləməyə hazır olduğunu iddia edib.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?