“The Guardian” qəzeti, öldürülən jurnalist Camal Qaşıqçı hadisəsinə dair prezident Ərdoğan ilə şahzadə bin Salman arasındakı əlaqə məsələsini yazıb.
Qəzetin redaktoru Patrik Wintour-un yazdığı təhlildə "Türkiyə, diplomatik protokolların fərqindədir və Səudiyyə konsulluğunu qeyri-qanuni yollarla qulaq asaraq əldə edilmiş sübutlara istinad etmək məsələsində gərgin kimi görünür" deyə yazıb. Wintoura görə, Türkiyə bu səbəblə məlumatları anonim mənbələrdən hökumət tərəfdarı mətbuata sızdırmağa üstünlük verir. Şahzadə Məhəmmədin yaxın müşaviri Səud əl Kahtaninin cinayəti Skype-dan idarə etdiyinə dair xəbərlər də buna nümunə olaraq göstərilir. Wintour belə davam edir: “Ərdoğan ictimaiyyətdə Səudiyyə Ərəbistanının düşdüyü çətin vəziyyətdən keyf alır kimi görünə bilməz. Türklər mürəkkəb bir istintaq aparır və özünü İslam dünyasının lideri halına gətirmək üçün çalışan Ərdoğan addımlarını çox diqqətli atır. Ərdoğan dünənki çıxışında yalnız dəqiqləşən dəlillər üzərindən olacağını deyib. Lakin Ərdoğanın verdiyi, Qaşıqçı-nın cəsədinə nə olduğu və ya Səudiyyə Ərəbistanının İstanbuldakı yerli işbirlikçisinin kim olduğu kimi suallar bilavasitə kral Salmanın şahzadə oğluna vermək istədiyi suallardır."
“Edilməsi lazım olan şahzadəni vəzifədən almaqdır"
“Ərdoğan, kral Salmanın istintaq üçün əməkdaşlıq göstərdiyini və səmimi olduğunu söyləsə də, vəliəhd şahzadə üçün eynisini demədi. Ərdoğanın çıxışı, diqqətli oxunanda vəliəhd şahzadə haqqında bir ittihamnamə kimiydi. Məqsədi isə kralı, Səudiyyə Ərəbistanının nüfuzunu xilas etmək üçün edilməsi lazım olan şeyin vəliəhd şahzadəni vəzifədən almaq və ya ən azından gücünü tənzimləmək olduğuna inandırmaqdır."
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?