Qətərin xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdürrəhman Al Sani, “Qaşıqçı cinayətinin məsullarının hesab vermələri lazımdır” deyib.
Al Sani, İtaliyanın paytaxtı Romada təşkil olunan MED-Ağdəniz Dialoq Forumunda jurnalist Camal Qaşıqçı cinayəti ilə bağlı açıqlama verib. Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn və Misirin Qətərə həyata keçirdikləri boykotu da tənqid edən Al Sani," 4 Ərəb ölkəsinin Qətərə qarşı boykotunun Qaşıqçı hadisəsindən sonra davam edib etməyəcəyini bilmirik " deyib.
ƏRƏB ÖLKƏLƏRİNƏ ZƏRƏR VERDİLƏR
İtalyan xəbər agentliklərində yer alan açıqlamasında Al Sani, "Qaşıqçı hadisəsində olanlar bizə (Ərəb ölkələrinə) zərər verdi. Biz, beynəlxalq ictimaiyyətin çox açıq addımlar və bir cavab gözlədiyini düşünürük" deyə söyləyib. Al Sani, həmçinin ABŞ prezidenti Donald Trampın Ər-Riyada səfəri zamanı Qətər haqqında yanlış məlumat verildiyini söyləyərək, "Qətər, ABŞ və İran arasında fərqlilikləri asanlaşdıracaq bir körpü ola bilər” deyib. Al Sani, ev sahibliyini edəcəkləri Futbol üzrə 2022 Dünya Kuboku ilə "Ərəb dünyasına yeni bir imic qazandırmaq və dünyaya sülh mesajı vermək" istədiklərini qeyd edib.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?