ABŞ-ın CNN televiziyasının iki qaynağa əsaslandırdığı xəbərə görə, Səudiyyə Ərəbistanı Camal Qaşıqçı-nın öldüyünü qəbul edən bir hesabat açıqlamağa hazırlaşır.
GundemXeber.Az bildirir ki, ABŞ mediası, Səudiyyə Ərəbistanının, jurnalist Camal Qaşıqçı-nın istintaq zamanı öldüyünü etiraf etməyə yönəlik bir hesabat hazırladığını irəli sürüb.
QƏBUL EDƏCƏKLƏR
ABŞ-da müxtəlif mətbuat orqanlarında yer alan xəbərlərdə, Səudiyyə Ərəbistan rəhbərliyinin, “Vaşinqton Post” qəzetinin müəllifi Camal Qaşıqçı-nın, İstanbuldakı Səudiyyə Ərəbistanı Baş Konsulluq binasında sorğu zamanı "səhvən” öldürüldüyünü etiraf etməyə hazırlaşdığı bildirilib.
SƏHVƏN ÖLDÜ
Adı açıqlanmayan mənbənin verdiyi məlumata görə, Səudiyyə Ərəbistan rəhbərliyinin, Qaşıqçı-nın istintaq zamanı öldürülməsi ilə əlaqədar olaraq, "Qaşıqçı əməliyyatı rəsmilərin məlumatı və razılığı olmadan, qeyri şəffaf həyata keçirilib. Qaşıqçı, sorğu-sual zamanı səhvən öldü. Əlaqədar şəxslər haqqında cinayət işi açılacaq" şəklində bir açıqlama edəcəyi iddia edilib. Qeyd edək ki, “Vaşinqton Post” qəzetində yazılar yazan Camal Qaşıqçı, 2 oktyabrda rəsmi prosedurlar üçün Səudiyyə Ərəbistanının İstanbul Baş Konsulluğu binasına girdikdən sonra ortadan qeyb olmuşdu. Qaşıqçı-nın, 2 oktyabrda evlilik əməliyyatları üçün getdiyi Səudiyyə Ərəbistanının İstanbul Baş Konsulluğu binasına girişi kamera qeydləri ilə müəyyənləşdirilərkən, binadan çıxdığını göstərən bir dəlil yoxdur. Baş konsulluq binasında eyni saatlarda, 2 təyyarə ilə İstanbula gələn və aralarında rəsmilərin də yer aldığı 15 Səudiyyə vətəndaşının olduğu, bu şəxslərin daha sonra gəldikləri ölkələrə geri qayıtdıqlarını təyin olunduğu qeyd edilmişdi.
Sorğu
Yeni dizaynımız necədir?