ABŞ prezidenti Donald Tramp əmindir ki, o, Şimali Koreya ilə münasibətlər qurduğuna görə Nobel sülh mükafatı almayacaq.
Gundemxeber.az xəbər verir ki, bu barədə dövlət başçısı "The New York Post"a müsahibəsində bildirib.
"Onlar heç vaxt onu (Nobel sülh mükafatını-red) mənə verməyəcəklər", - deyə Ağ Ev rəhbəri bildirib.
Daha əvvəl ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Bolton bildirib ki, əgər Tramp Koreya yarımadasının nüvəsizləşdrilməsinə nail olsa, Nobel sülh mükafatına layiq görüləcək.
Daha əvvəl isə bir qrup amerikalı konqresmen Donald Trampın Nobel Sülh Mükafatına namizəd kimi göstərilməsini təklif edib. D.Trampın əsas xidməti kimi Koreya yarımadasındakı böhrana sona qoyulması üzrə səyləri göstərilirdi. Məktub müəllifləri bildirirdilər ki, ABŞ lideri nüvə proqramının dayandırılması üçün KXDR-ə təzyiq göstərib və tarixdəki ən uğurlu beynəlxalq sanksiyalardan birinin təşəbbüskarı olub. Konqresmenlər hesab edirdilər ki, məhz bu amillər Şimali Koreyanı danışıqlara başlamağa məcbur edib.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?