Camal Qaşıqçı cinayəti Ağ Evlə ABŞ Konqresi arasındakı münaqişəni yenidən alovlandırıb.
Gundemxeber.Az xəbər verir ki, dünən ABŞ senatorları qapalı iclasda müdafiə naziri Ceyms Mettis və dövlət katibi Maykl Pompeodan işlə bağlı hesabat tələb ediblər. ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Cina Haspel isə heç bir üzrlü səbəb göstərmədən Senata gəlməkdən imtina edib.
Demokrat senator Bob Korker Cina Haspelin Donald Trampın təzyiqi ilə parlament toplantısında iştirak etmədiyini bildirib.
ABŞ senatorlarının fikrincə, “Qaşıqçı cinayəti” ilə bağlı ən dolğun məlumatlara sahib MKİ direktorunun iclasda iştirakı Trampın Səudiyyə şahzadəsi Məhəmməd bin Salmanı qorumasına ciddi əngəl törədə bilərdi.
Elə dövlət katibi Maykl Pompeo da qapalı iclasda ABŞ-Səudiyyə Ərəbistanın münasibətlərinin strateji əhəmiyyətindən danışıb və Tramp administrasiyasının Məhəmməd bin Salmanın Camal Qaşıqçı cinayətində birbaşa əlinin olmadığı ilə bağlı mövqeyini müdafiə edib.
Demokrat senator Dik Durbin MKİ-nin onların suallarını cavablandırmaq istəməməsini “fövqaldə hadisə” adlandırıb. “Xanım Haspelin gəlməkdən imtina etməsi bizə prezident administrasiyasının həqiqəti gizlətmək istədiyindən xəbər vermirmi”,-deyə Durbin jurnalistlər qarşısında sual edib.
“ABŞ Nümayəndələr palatasında kəşfiyyat üzrə komitənin rəhbəri Adam Şiff isə CNN-ə verdiyi müsahibədə prezidentin Amerika xalqına yalan danışmaqda ittiham edib. Şiff palatanın demokrayaırn çoxluq təşkil edəcəyi yeni tərkibində bu məsələnin üzərnə daha çox gedəcəkləri vədini verib.
Bu məsəldəə demokrat senatorlar qədər respublikaçılar da olduqca qərarlı görünür. Respublikaçı senator Mayk Li də prezidentin MBS-nin bu işdə əli olmadığı barədə sözlərinin doğru olmadığını sölyəyib. Senator Ben Sass isə “FOX News” kanalına verdiyi müsahibədə Donald Trampın mövzu ilə bağlı mövqeyini zəif adlandırıb.
“Bir halda ki prezident Camal Qaşıqçının öldürülməsindən sonra Səudiyyə Ərəbistanına dəstəyini gücləndirir, o zaman dünyada Amerika dəyərlərinin qorunması işini Konqres öz üzərinə götürməlidr”,-deyə senator demokrat Tim Keyn mətbuata bildirib.
Qeyd olunur ki, Senatdakı dinləmələrdən bir həftə öncə senatorlar Bob Korker və Robert Menendes Donald Trampa məktub göndərərək Səudiyyə Ərəbistanı şahzadəsi Məhəmməd bin Salmanın Qaşıqçı cinayətində əli olmasının 2019-cu iln yanvarın 10-na qədər müəyyən olunmasını təəb ediblər. Bundan başqa, noyabrın 16-da ABŞ Senatının 6 üzvü Səudiyyə Ərəbistanına qarşı sanksiyaların tətbiq olunmasını nəzərdə tutan qanun layihəsi hazırlayıblar. Layihədə ABŞ-ın rəsmi ər-Riyadla bağladığı çoxmilyardlı silah satışının durdurulması müddəası da yer alıb.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?