Dünən axşam G20 sammiti üçün Argentinaya yola düşən Almaniya kansleri Angela Merkelin təyyarəsi təcili eniş etməli olub. Gundemxeber.Az bildirir ki, hökumət avialaynerində baş verən texniki nasazlıqla əlaqədar təyyarə Kölndə məcburi eniş edib.
Yaranan nasazlıq təyyarənin yer ilə əlaqəsinə cavabdeh olan bütün sistemə təsir edib. Vəziyyətin ciddiliyi nəzərə alınaraq, baş verənlərlə bağlı Almaniya müdafiə naziri Ursula fon der Lyayen də məlumatlandırılıb. Təyyarənin eniş etdiyi Köln hava limanına yanğınsöndürən maşınları cəlb edilib.
Son məlumatlara görə, təyyarədə yaranmış nasazlıqda kriminal izlər aşkarlanıb və hüquq-mühafizə orqanları bu istiqamətdə istintaq aparırlar. Layner Amsterdamın yaxınlığında olsa da, Kölnə geri qayıtmalı olub, çünki Hollandiya hava limanının uçuş-eniş zolağı bu tip nasazlıq zamanı eniş üçün kifayət etməyə bilərdi. Eyni zamanda, eniş zamanı təyyarənin şassilərinin açılmaması ehtimalı da nəzərə alınıb.
Sorğu
Yeni dizaynımız necədir?