Ermənistan Milli Təhlükəsizlik Xidməti “Erməni qartalı” Vahid Ermənistan Partiyası sədrinin müavini Mqrer Yeqizaryanı həbs edib.
Gundemxeber.Az xəbər verir ki, M.Yeqizaryan 2014-cü ildən dələduzluq yolu ilə ölkənin bir neçə vətəndaşının əmlakını mənimsəyib. Hətt o, hərbçilərin etbarından sui-istifadə edərək, başqalarına qarşı da çirkin əməllərini həyata keçirib.
Partiya funksioneri 10 min dollar rüşvət qarşılığında onları işə düzəldəcəyinə vəd edib.
Qeyd edək ki, faktla bağlı Cinayət Məcəlləsinin dələduzluq və iri məbləğdə rüşvət verməyə cəhd maddələrinə əsasən, cinayət işi başlanılıb, araşdırma aparılır.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?