Gürcü Arzusu deqradasiya prosesi yaşayır. Bunu gürcü iqtisadçı Giya Xuxaşvili deyib. Onun sözlərinə görə, hakim partiya hazırda özü nə istədiyini bilmir:
“Seçki Məcəlləsində dəyişiklik məsələsində müxalifətdə tam konsensus var. Müxalifət seçkinin proporsional sistemlə keçirilməsini tələb edir. Hökumət çalışır ki, prizmanı Gürcü Arzusu və Vahid Milli Hərəkat arasındakı savaş üzərinə yönəltsin. Sistemin dəyişilməsini ictimaiyyətin böyük hissəsi tələb edir. Bu məsələdə hökumətin əks addımı ciddi nəticələrə səbəb ola bilər. Hakimiyyət böyük siyasi dəyər ödəməli olacaq və bu dəyər o qədər böyük olacaq ki, onlar hətta hakimiyyətlərini də itirə bilərlər. Bu, seçki sisteminin deqradasiyasını dayandırmadı, əksinə, daha da sürətləndirdi. Qərbdəki investorlar Gürcü Arzusunun böyük problemlə üz-üzə qaldığını və onun gələcəyinin olmadığını düşünür”.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?