GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Dünya » Qurbanovun millidən getməsinin - Şok səbəbləri

Qurbanovun millidən getməsinin - Şok səbəbləri

Tarix: 10-12-2018, 10:01 Bölmə :Dünya Baxış: 321
Qurbanovun millidən getməsinin - Şok səbəbləri


“Qarabağ” futbol klubunu və Azərbaycan millisini çalışdıran Qurban Qurbanovun millidən istefaya göndərilməsi son günlərin əsas xəbərlərindən biri olub. Milli komanda ilə 6 illik müqaviləsi olan və bunun heç bir ilini tamamlamayan tanınmış məşqçi AFFA İcraiyyə Komitəsinin üzvlüyündən də gedəcəyini açıqlayıb. Onunla eyni vaxtda U-20 və U-21 millimizin baş məşqçisi, “Qarabağ”ın kapitanı Rəşad Sadıqov da istefaya göndərilib.

Azərbaycan millisinin yeni baş məşqçisinin adı qarşıdakı 1 ayda açıqlana bilər. Bunu Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) baş katibi Elxan Məmmədov qurumun İcraiyyə Komitəsinin iclasından sonra jurnalistlərə açıqlamasında deyib.

Millimizdə nələrin baş verdiyi yönündə müxtəlif fikirlər səslənir. Q.Qurbanovun iki komandanı birdən çalışdırmasının çətin olduğunu düşünüb, onun gedişinə sevinənlər çoxluq təşkil edir. Təcrübəli çalışdırıcının “Qarabağ” üçün daha faydalı olduğu barədə fikirlər üstünlük təşkil edir. Onun gedişindən sonra millimizin yeni baş məşqçisinin kim olacağı, kimin olmalı olduğu barədə ən müxtəlif fikirlər səslənir.

Futbolla yaxından maraqlanan Böyük Quruluş Partiyasının sədri, deputat Fazil Mustafa Musavat.com-a bildirib ki, AFFA-da milli ilə bağlı müəmmalı proseslər gedir:

“Müəmmalar olduğu üçün fikir bildirmək çətindir. Hesab edirəm ki, müəyyən qüvvələr Azərbaycan futbolu üçün zərərli addımların atılmasına çalışırlar, mənfəət götürmək üçün yanlış addımlar atırlar. Futbolumuzu belə bir primitiv yanşamaya məruz qoymaq olduqca təhlükəlidir. Bu gün futbolumuzun başında duran Rövnəq Abdullayev bilirəm ki, bu sahəyə kifayət qədər vəsait ayırır, böyük bir can yandırır, xeyli işlər də görür. Amma təəssüflər olsun ki, aşağı səviyyədə məmurların fəaliyyəti qaneedici deyil. Hər şey ölçüb-biçilib milliyə baş məşqçi gətirilir. Necə olur ki, bir il sonda yadımıza düşdü ki, klubla millini eyni vaxtda çalışdırmaq çətin olar? Milli çempionatımızın potensialı çox zəifdir. Qurban Qurbanov getdi, indi əvvəlki illərdə olduğu kimi, baha qiymətə əcnəbi bir məşqçini gətirməklə nələrsə dəyişəsi deyil ki. Hesab edirəm ki, bu sahədə ciddi islahatlar aparılmalıdır. Futbolumuzun bu günə düşməsinin əsas səbəblərindən biri də bir sıra klublarımızın sıradan çıxarılması oldu. Məsələn, ”Xəzər Lənkəran" klubunun sıradan çıxarılmasının heç bir məntiqi əsası yox idi. Gəncənin komandasının olmaması çox ciddi problemdir. Hamısı əslində özəl sektorun inkişafının dayanmasından doğan problemlərdir. Futbola pullar ayrılmır. Nə qədər SOCAR vəsait ayırıb, futbolu dirçəltməyə çalışacaq? Bir qurumun səyləri ilə məsələni həll etmək mümkün deyil. Vaxtilə İmişlidə futbol inkişaf edəndə situasiya fərqli idi. İndi Tovuzun “Turan” komandasından əsər-əlamət yoxdur. Heç bir komanda formalaşıb ortaya çıxa bilmir. Nəticədə futbolun inkişafının qarşısı alınır. Bir məşqçinin gedişi məsələnin həlli mənasına gəlmir. Hesab edirəm ki, kim milliyə gəlir-gəlsin, indiki şərtlərdə futbolumuzu inkişaf etdirmək çox çətindir".

Qol.az saytının redaktoru Aydın Bağırov bildirib ki, Qurban Qurbanovun istefaya göndərilməsində millimizin Millətlər Liqasındakı çıxışı müəyyən qədər rol oynayıb:

“AFFA rəhbərliyi ilə Qurban Qurbanovun arasında fikir ayrılıqları var idi. Mənə elə gəlir ki, onun vaxtından əvvəl istefaya göndərilməsində bu amil başlıca rol oynayıb. Çünki Qurban Qurbanovla 6 illik müqavilə imzalanmışdı. Cəmi bir il çalışmadan onun istefaya göndərilməsi ciddi suallar yaradır. Bu da normaldır. Təəssüf doğuran odur ki, Qurban Qurbanovdan əvvəl millimizin baş məşqçiləri olan Berti Foqtsa 6 il, Robert Prosineçkiyə 2 il vaxtı verildiyi halda Azərbaycan futbolu üçün tarix yazan, unudulmaz nəticələr əldə edən bir şəxsə bir il belə imkan verilmədi. Avropa Çempionatının seçmə mərhələsində iştirak etmək üçün ona şans belə tanınmadı. Adını da belə qoydular ki, o iki komandada işləyir. Bunlar sadəcə bəhanələrdir. Onu da deyim ki, Qurban Qurbanovun özü istefa verməyib, istefaya göndərilib. Bəzi insanların dedikləri yanlışdır. Qurban Qurbanovun istefa vermək fikri olmayıb. Onun istefaya göndərilməsinin heç bir məntiqi əsası yoxdur. Rəşid Sadıqovun da istefaya göndərilməsi təsadüfi deyil. O, Qurban Qurbanov gedəndən sonra mənəvi tərəfdən orada qala bilməzdi. Çünki onlar yaxın dostdurlar, bir-birinə bağlılıqları var. Futbolumuzda məsələləri artıq şəxslər həll etmir. Məsələ kiminsə gətirilməsində deyil. Problemlər daha dərindir. Bizdə futbol sistemi çat verib. Dərin bir böhran keçirir. Ən çox da bizdə uşaq futbol məktəbləri bərbad vəziyyətdədir. Bu məktəblər düzəlməyincə millimizə keyfiyyətli oyunçular gəlməyəcək. Bu problemləri yaradan həm AFFA olub, həm də klublar. Klubların özü belə uşaq futboluna diqqət ayırmırlar. Bu fikirlərim bütün klublara aiddir. AFFA da bu sahəyə ciddi diqqət ayırmır. Bölgələrimizdə futbol demək olar yoxdur. Problemlərimiz bundan sonra da davam edəcək. İdeal bir məşqçisinin Azərbaycana gətirilməsi belə, yaxın 5-10 ildə bu problemləri həll etməyəcək. Problemin yeganə həlli yolu uşaq futbol məktəblərini qurmaq, infrastruktur yaratmaq, normal məşqçilər gətirməkdir. Bunlar olmadığı sürəcdə nəyəsə ümid etmək olmaz”.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • ​Qurban Qurbanovdan İSTEFA QƏRARI

    ​Qurban Qurbanovdan İSTEFA QƏRARI ...

    4-11-2017, 16:20

  • 
  • Foqts gedir, Qurbanov gəlir

    Foqts gedir, Qurbanov gəlir ...

    15-10-2014, 15:54

  • 
  • MFL rəhbəri Azərbaycan millisinin üzvlərini təhqir etdi

    MFL rəhbəri Azərbaycan millisinin üzvlərini ...

    22-11-2018, 16:40

  • 
  • AFFA Foqtsla bağlı araşdırmaya başladı

    AFFA Foqtsla bağlı araşdırmaya başladı ...

    26-09-2013, 22:17

  • 
  • Qurban Qurbanovun aylıq gəliri açıqlandı

    Qurban Qurbanovun aylıq gəliri açıqlandı ...

    19-09-2016, 12:12


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (84)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu