Avropa İttifaqı (Aİ) ABŞ-ın İrana qarşı sanksiyalarını pozsa, Vaşinqtonun sanksiyaları ilə üzləşə bilər.
Bunu BMT Təhlükəsizlik Şurasının İranla bağlı iclasından sonra jurnalistlərə açıqlamasında ABŞ fövlət katibi Mayk Pompeo deyib.
O bildirib ki, İrana qarşı sanksiyalarla bağlı müəyyən istisnalar var. Söhbət dərman və ərzaqdan gedir: “Əgər Aİ-nin İranla ticarəti bu istisnalarla əlaqədar olsa, biz sanksiyalar tətbiq etməyəcəyik. Əgər bizim məhdudiyyətlərimizə qarşı hansısa pozuntular olsa, o zaman biz istənilən tərəfə qarşı sanksiya tətbiq etməyə hazırıq”.
Dövlət katibi dünyanı İranın ballistik raket sınaqlarına qarşı diqqətli olmağa da çağırıb: “Təhlükəsizlik Şurasının nüvə silahının yayılması riskinə qarşı ciddi yanaşmaq vaxtı çatıb. Biz buna müqavimət göstərmək üçün hər şeyi etməyə hazırıq. Bunun üçün ABŞ-ın rəhbərliyi altında koalisiya yaratmağa hazırlaşırıq. Bu gün Təhlükəsizlik Şurasının 11 üzvü İranın raket sınaqları ilə bağlı narahat olduğunu bildirib ABŞ-a qoşuldu”./virtualaz.org
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?