Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman ABŞ-ın gözündə imicini yaxşılaşdırmaq üçün İsraillə dialoqa hazırdır.
Bu iddia ilə “Middle East Eye” saytının baş redaktoru Devid Xerst çıxış edib.
“Vəliəhd şahzadəyə qarşı münasibət onun Camal Xaşogini öldürməsindən sonra pisləşdi. Özünü ABŞ-a sülh tərəfdarı kimi göstərməyə cəhd edən vəliəhd şahzadə ABŞ prezidenti Donald Trampın yanında İsrailin baş naziri Benyamin Netanyahunun əlini sıxmağa hazırlaşır. Artıq bununla bağlı Səudiyyə kəşfiyyatı, mətbuatı, diplomatları, hərbçilərinin olduğu komanda şahzadənin imicinin yenidən parlaması məqsədiylə müzakirələr aparırlar”, - deyə Devid Xerst bildirib.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?