ABŞ-da Respublikaçıların əhəmiyyətli şəxslərindən olan Florida senatoru Marko Rubio, "Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanın Camal Qaşıqçı cinayətindən xəbərdar və bu işin içində olduğu nəticəsinə varmaq üçün çox şey bilirik" deyib.
Rubio CNN telekanalına canlı yayımla bağlanaraq Qaşıqçı cinayəti və Səudiyyə Ərəbistan-ABŞ əlaqələri haqqında açıqlamalar verib. Tramp rəhbərliyinin Səudiyyə Ərəbistanının vəliəhd şahzadə Məhəmməd bin Salmanın Qaşıqçı cinayəti əmrini verdiy ilə bağlı qəti dəlillər olmadığına dair açıqlamaları xatırladılan Rubio, "Qəti dəlillərə ehtiyacımız yoxdur. Onun (Məhəmməd bin Salman) Camal Qaşıqçı cinayətindən xəbərdar və bu işin içində olduğu nəticəsinə varmaq üçün çox şey bilirik" deyib. Rubio Səudiyyə Ərəbistanının hər kəsin düşüncəsinə görə hərəkət etdiyi bir ölkə olmadığını və ölkədəki hər şeyin Səudiyyə Krallığının sıx nəzarəti altında olduğunu deyib. ABŞ-ın Səudiyyə Ərəbistanına qarşı atacağı addımlardan birinin də iki ölkə arasında nüvə sazişini təxirə salmaq ola biləcəyinə işarə edən Rubio, "Əgər iki ölkə münasibətlərində sərhədlər açılmasa, şahzadə Məhəmməd bundan cəsarət alaraq sərhədləri zorlamağa davam edəcək. Açığı vəliəhd şahzadə ayrı bir gün bizi müharibəyə çəkə bilər" deyə söyləyib. Qeyd edək ki, Amerikanın Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Gina Haspel dünən Qaşıqçı cinayətinə dair senatorları məlumatlandırmışdı. Toplantıdan sonra mətbuata açıqlamalar verən senatorlar Qaşıqçı cinayətinin əmrinin Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd ibn Salmanın verdiyinə dair şübhələrinin qalmadığını bildirmişdi.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?