ABŞ prezidenti Donald Trampın keçmiş vəkili Maykl Koen, "Ortada hamının bildiyi bir həqiqət var. Amerikalılar və dünya xalqı, onun (Trampın) dediklərinə inanmır. Həqiqəti demir. Onun çirkli işlərinin məsuliyyətini almaq məcburiyyətində qalmağım çox üzücüdür" deyib.
Koen Nyu-Yorkda çərşənbə günü keçirilən məhkəmə iclasında, "prezident seçkilərinə təsir etməyə çalışmaq" da daxil, müxtəlif federal cinayətlərdən 3 il həbs cəzasına məhkum edilməsindən sonra ilk dəfə Amerikanın “ABŞ News” kanalına açıqlama verib.
SƏHV ETDİYİMİ BİLMİRDİM
ABŞ-da 2016-da keçirilən prezident seçkilərindən əvvəl Trampla əlaqələri olduğu iddia edilən Karen Mcdougan və Stormy Daniels adlı qadınlara susmaları üçün "qeyri-qanuni pul ödəməsini" Trampın istədiyini deyən Koen, "Tramp bu məsələnin (qadınlarla əlaqəsi) seçkilərə necə təsir göstərəcəyi barədə narahat idi. Təbii ki, ödəmələri etməyimin yanlış olduğunu bilirdi. Bu ödəmələrin əsas məqsədi Trampa və seçki kampaniyasına yardım etmək idi" deyib. Koen, "Səhv etdiyimi bilirdim. Çərşənbə günü də bütün dünyanın önünə çıxdım və günahımı qəbul etdim" deyə bildirib.
LAYİQ OLMAYAN BİRİNƏ SƏDAQƏT GÖSTƏRDİM
Prezident Trampa "kor-koranə" bağlı olduğu üçün özünə əsəbiləşdiyini deyən Koen, "Həqiqətən heç bir şəkildə sədaqətə layiq olmayan birinə (Tramp) sədaqət göstərdim" deyə söyləyib. Koen, Trampın dünən onun haqqında etdiyi "Koen-in bu ittihamları qəbul etməsinin yeganə səbəbi prezidenti utandırmaq və həbs cəzasında güzəşt almaq idi ki, onu da həyata keçirib" açıqlamaya dair, "Bu qətiyyən doğru deyil. Heç bir şərt altında Trampı utandırmaq istəmədim" deyib. Trampın "Maykl Koen-ə qanunu pozması üçün heç vaxt göstəriş vermədim. O bir vəkildi və qanunları bilməsi lazım idi" açıqlamasına da münasibət bildirən Koen, "Ortada hamının bildiyi bir həqiqət var. Amerikalılar və dünya xalqı onun (Trampın) dediklərinə inanmır. Həqiqəti söyləmir. Onun çirkli işlərinin məsuliyyətini almaq məcburiyyətində qalmağım çox üzücüdür" deyə söyləyib.
YALAN DANIŞMAQDAN BEZDİM
Koen, xüsusi səlahiyyətli prokuror Robert Müller-in apardığı Rusiya istintaqına hörmət etdiyi üçün bu məsələ haqqında şərh verməyəcəyini bildirərək, Trampın Rusiya araşdırması haqqında həqiqəti söylədiyinə inanmadığını vurğulayıb. Haqqındakı "Konqresə yalan söyləmə" ittihamını qəbul edən Koen, "Artıq yalan deməkdən bezdim. Prezident Trampa sadiq olmaqdan bezdim. Mənim ilk bağlılığım artıq arvadıma, qızıma, oğluma və bu ölkəyədir" deyib.
AĞ EVİN SİSTEMİNİ ANLAMIR
Koen, Trampın Ağ Evdəki hərəkətlərini də müşahidə etdiyini bildirərək bu qiymətləndirməni edib: "(Tramp) Fərqli bir şəxsiyyətdir. İşin ağırlığının onun düşündüyündən daha ağır olduğu fikrindəyəm. Ora (Ağ Ev) Trampın əmrlər sovurduğu və insanların kor-koranə onun istədiklərini yerinə yetirdiyi Trampın şirkətləri kimi deyil. Oranın bir sistemi var. Sistemi (Tramp) anlamır. Bu ölkənin daha əvvəl heç görünmədiyi qədər bölündüyünü görmək çox üzücüdür. Aldığım cəza və prokurorla etdiyim əməkdaşlıqda məqsədim bu ölkənin yenidən bir araya gəlməsinə kömək edən biri olaraq xatırlanmaqdır". Koen, "Onun (Trampın) hekayəsindəki pis adam mən olmayacağam" deyib/Müxalifət.az
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?