Gürcüstanda davam edən etirazlar fonunda yeni prezident Salome Zurabişvilinin andiçmə mərasimi keçirilib.
Tənqidçilər onu rusiyayönümlü siyasi fiqur adlandırsa da, Zurabişvili öz çıxışında Rusiyanın Abxaziya və Cənubi Osetiyadakı fəaliyyətini “işğal” adlandırıb.
Biz Gürcüstana tərəfdaşlarımıza hücum etməyə imkan verməyəcəyik.
Rusiya xarici işlər naziri Sergey Lavrov müsahibəsində Gürcüstan haqda deyib:
“Onlar bizim Abxaziya və Cənubi Osetiya ilə dost münasibətlərimizin olduğunu və bizim tərəfdaşlarımıza hücum etməyə imkan verməyəcəyimizi bilirlər.”
Sergey Lavrov və Salome Zurabişvilinin bu bəyanatlarını Gürcüstanın sabiq baş naziri Bidzini İvanişvilinin məsləhətçisi və hal-hazırda Gürcüstan İnkişaf Araşdırmaları İnstitutunun sədri Georgi Xuxaşvili "Nastoyaşeye Vremya"-ya şərh edib.
– Qlobal oyunda bədəl bahalaşıb. Biz bu böyük müharibədə ön cəbhədə olduğumuzu anlayırıq. Mənim fikrimcə, Lavrovun bəyanatı Gürcüstandan daha çox Qərbə ünvanlanıb. Zurabişvilinin bəyanatına qaldıqda, fikrimcə, bu bir vaxtlar Trampda müşahidə olunan müəyyən kompleksin reallaşdırılmasıdır. Yəni onu tez-tez Rusiyaya qarşı çox mülayim olmaqda günahladırıblar. Bu bəyanatla o, bu ittihamları öncələmək istəyir.
– Sizcə bu sadəcə bəyanatdır və heç bir kəskin addım olmayacaq?
– Biz tərəfdən olmayacaq. Düşünmürəm ki, Zurabişvili istəsə belə, bu əlaqələri gərginləşdırə bilər, çünki Konstitusiyaya əsasən Gürcüstan prezidenti artıq nə xarici, nə də daxili siyasəti müəyyən etmir.
– Yeni Konstitusiyada Avropa İttifaqı və NATO-ya inteqrasiya maddəsi var. Sizcə bunlar Rusiya ilə münasibətlərə necə təsir edə bilər?
– Dəyişəcəyini düşünmürəm. Hətta, bu məsələdə Gürcüstandan nəyinsə asılı olduğunu düşünmürəm. Yenə də xatırladım ki, hal-hazırda dünyada qlobal proseslər baş verir. Əfsuslar olsun ki, biz bütün bunların bir hissəsiyik. Düşünmürəm ki, Gürcüstan bu qarşıdurmada ön cəbhəyə cıxacaq. Fikrimcə, bizim siyasət daha mülayimdir. Buna ümid edirəm. Bizi düşündürən sual – “NATO-ya qatılmağımızda daha çox kim maraqlıdır: NATO özü, yoxsa biz?”, olmalıdır. Biz bu keçid dövründə yarana biləcək bütün riskləri nəzərə almalıyıq. Vəziyyət onsuzda təhlükəlidir. Rusiya adətən Qərbə assimetrik cavab verir. Gürcüstan isə əlbəttə ki, bu zəncirdə ən zəif həlqədir. Biz indi çox diqqətli olmalıyıq.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?