“ABŞ-ın təzyiqlərinə baxmayaraq, Ermənistan İranla münasibətlərini davam etdirir”.
Gundemxeber.az Teleqraf.com-a istinadla xəbər verir ki, bunu Tehranda keçirilən “İran-Ermənistan əlaqələri adlı konfransda çıxış edən Ermənistanın İrandakı səfiri Artaşes Tumanyan deyib.
Diplomatın sözlərinə görə, ABŞ-ın təzyiqi ilə üzləşən Ermənistan İranla əməkdaşlığı şaxələndirmək yolunu seçib:
“İranla əlaqələrimizi dayandırmaq üçün bizə təzyiqlər edildi. Lakin sonda ameriklılar İranın Ermənistan üçün nə qədər əhəmiyyətli olduğunu başa düşdülər”.
Artaşes Tumanyan son hadisələrdən sonra Ermənistanın xarici siyasətinin dəyişmədiyini bildirib.
Sorğu
Yeni dizaynımız necədir?