İran səfiri erməniləri bizdən üstün tutdu: «İranda yaşayan azərbaycanlılardan fərqli olaraq farslar ermənilərlə tarix boyu sülh və əmin-amanlıq şəraitində yaşayıblar»
gundemxeber.az İranla Ermənistan arasında münasibətlər günü-gündən genişlənir. Artıq Tehranın rəsmi dairələri ermənilərə «qardaş» deyib bağrına basır. Bu cür əmələri iranlılar, yəni, fars rejiminin rəsmiləri əvvələr gizlin edirdisə, indi açıq-aydın iş görürlər. Bütün sahələrdə olduğu kimi, İranla Ermənistanın iqtiisadi-siyasi münasibətləri də genişlənməkdədir. Müsəlman ölkəsi olan İran yüzlərlə məscidi viran qoyan erməniləri aclıq və səfalətdən xilas edir, hər cür dəstək göstərir. Bu günlərdə iranlı diplomatın ermənilərə olan isti münasibətinə dair yeni xəbər yayılıb. Redaksiyamıza İranda yaşayan güneyli azərbaycan tələbələrindən daxil olan məlumatda bildirilir ki, İranın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Məhəmməd Rəisi İrəvanda Əlyazmalar İnstitutunda «İki millət, iki mədəniyyət və iki din» mövzusunda keçirilmiş konfransındakı çıxışında İranda yaşayan azərbaycanlılar və digər millətlərdən fərqli olaraq farsların ermənilərlə tarix boyu sülh və əmin-amanlıq şəraitində yaşadıqlarını bəyan edib. O, ermənilərə olan mehriban, dost münasibətini bir daha bəyan etəmklə yanahı, Qarabağda yüzlərlə məscidin ermənilər tərəfindən dağıdıldığını unudub və bildirib ki, hazırda İranda yüzlərlə erməni kilsəsi fəaliyyət göstərir. Səfir onu la deyib ki, İran parlamentində 2 erməni deputat da təmsil olunkur. İran-Ermənistan münasibətlərindən danışarkən Məhəmməd Rəisi, bu dövlətlərin “iki xalq, tək allah, iki dinə” mənsub olduğunu qeyd edib. Məlumatı verənlərin fikrincə, Məhəmməd Rəisinin qeyd olunan çıxışı İranda erməni-azərbaycan münaqişəsinin yaranmasına hesablanıb.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?