Qazaxıstanın Astana gənclər məclisinin yeddinci çağırışdan millət vəkili olan Dinagül Tasovanı döyüblər.
Gundemxeber.Az xəbər verir ki, millət vəkili olmaqla yanaşı modelliklə də məşğul olan Tasova bu barədə özü məlumat verib. O, bildirib ki, “Fashion Night Astana” moda nümayişində açıq-saçıq geyindiyi üçün onu döyüblər. Millət vəkili bədənində döyülməyin izləri olan fotonu İnstaqram səhifəsində paylaşıb. Tasova bildirib ki, nümayişdən sonra onu tənqid etdilər və İnstaqram səhifəsini sildilər. Bundan başqa yaxın adamı ona əl qaldırıb. “Fiziki ağrı ruh ağrısı ilə müqayisədə heç nədir. Mən qəti qərara gəldim ki, susmayacam. Zəiflərə, müdafiəsizlərə, özünü müdafiə edə bilməyənlərə heç kəs əl qaldıra bilməz”, - deyə model yazıb. Tasova yazısında Qazaxıstandakı məişət zorakılığına dair statistikadan məlumat paylaşıb və qadınlara, uşaqlara qarşı sərt münasibətin qarşısını almağa çalışdığını bildirib. Qeyd edək ki, Dinagül “Top Model MDB-2018” müsabiqəsindən sonra məşhurlaşıb. Bu müsabiqədə o, “Mediamodel” mükafatına layiq görülüb.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?