İngiltərənin Mançestr şəhərində Yeni İl ərəfəsində 3 nəfər bıçaqlanıb. Polis hadisəini terror aktı kimi qiymətləndirib.
Böyük Mançestr Polis İdarəsinin rəisi İan Hopkins deyib ki, 2 nəfərin vəziyyəti ağırdır və onlar hələ də xəstəxanadadır. Çiyin nayihəsindən bıçaqlanan polis zabiti xəstəxanadan buraxılıb.
Qətlə cəhd ittihamı lə nəzarət altına alınan şəxsin kimliyi barədə məlumat verilməyib. Şahidlər onun hücum zamanı islam şüarları bağırdığını bildirib.
Hadisə Mançestrin Viktoriya stansiyasında axşam saat 9-da qeydə alınıb. Bu stansiyada 2017-ci ildə Ariana Grande konserti zamanə intiharçı hücumu nəticəsində 22 adam öldürülmüşdü.
Baş nazir Tereza Mey qurbanlara görə narahtlığını bildirərək, hücuma ilk cavab verənlərə cəsarətlərinə görə təşəkkür edib.
Bu gün ehtyatlılıq tədbiri olaraq şəhərə əlavə polis qüvvələri yerləşdirilib.
Brianiyada təhlükə səviyyəsi qaldırılıb. Kəşfiyyat təhlilçiləri əlavə hücumlar ehtimalı olduğunu deyir.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?