Fransanın paytaxtı Parisin mərkəzində polislərə silahlı hücum olub. Oldlu silahdan açılan atəş nəticəsində 1 polis əməkdaşı həlak olub, 2 nəfər ağır yaralanıb. Silahlı şəxs cavab atəşi ilə zərərsizləşdirilib.
Fransa prezidenti Fransua Olland hadisəni terror aktı adlandırıb. İnsidentin qeydə alındığı ərazi polis tərəfindən nəzarətə götürülüb.
Hücuma görə məsuliyyəti “İraq-Şam İslam Dövləti” qruplaşması öz üzərinə götürüb. Terrorçunun Parisə Belçikadan gəldiyi bildirilir. Hüquq-mühafizə orqanları onun evində axtarış aparıb. Hadisənin araşdırılması Paris prokurorluğunun antiterror bölməsinə tapşırılıb.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?