Demokratların əksəriyyət təşkil etdiyi Nümayəndələr Palatası hökumətin qismən bağlılığana son qoymaq üçün sənəd təsdiq etməlidir.
Cümə axşamı Konqresin fəaliyyətə başlaması ilə demokratlar Nümayəndələr Palatasında işə qayıdıb.
NP hökumət agentliklərinin sentyabrın sonunadək, Daxili Təhlükəsizli Nazirliyinin isə fevralın 8-dək işini davam etdirməsi üçün bir neçə sənədi səsə çıxarmalıdır.
Senatda çoxluq təşkil edən respublikaçıların lideri isə sənədi səsverməyə çıxarmayacağını bildirib.
Prezident Donald Tramp sərhddə divar insası maliyyləşdirilməsə, nə q'dər sürəcəyindən asılı olmayaraq, hökumətin bağlı qalacağını deyir. ABŞ prezidenti demokrat və respublikaçı liderləri hökumətin qapanışının 12-ci günü Ağ Evə dəvət edib. Görüş zamanı heç bir razılıq əldə edilməyib.
Nümayəndələr Platasının gözlənilən spikeri Nensi Pelosi və Senatın azlıq lideri Çak Şumer bazar ertəsi birgə bəyanat yayaraq, respublikaçıları qanun layihəsini dəstəkləməyə çağırıb.
Tramp 20 milyard dollardan çox başa gələcək divar üçün ilkin ödəniş olaraq 5 milyard dollar tələb edir, demokratlar isə başqa sərhəd təhlükəsizliyi səylərinə 1.3 milyard dollar təsdiq etməyə razıdır.
ABŞ hökümətinin qismən bağlanması o deməkdir ki, 380 min insan pulsuz məzuniyyətə göndərilib, əlavə 420 min nəfər isə işləyib, maaşlarını yalnız federal büdcə ilə bağlı mübahisə bitəndən sonra ala biləcək.
Müzakiərlərin cümə günü də davam etdiləcəyi bildirilir.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?