ABŞ liderləri hələ də çıxılmaz vəziyyətdədir. Nümayəndələr Palatasının demokratları hazırda bağlı olan hökümət idarələrini maliyyələşdirəcək, lakin prezident Donald Trampın təhlükəsizlik üçün zəruri olduğunu iddia etdiyi sərhəd divarına pul ayırmayacaq qanun layihəsini qəbul etməyi planlaşdırır.
Nümayəndələr Platasının gözlənilən spikeri Nensi Pelosi və Senatın azlıq lideri Çak Şumer bazar ertəsi birgə bəyanat yayaraq, respublikaçıları qanun layihəsini dəstəkləməyə çağırıb.
Tramp 20 milyard dollardan çox başa gələcək divar üçün ilkin ödəniş olaraq 5 milyard dollar tələb edir, demokratlar isə başqa sərhəd təhlükəsizliyi səylərinə 1.3 milyard dollar təsdiq etməyə razıdır.
ABŞ hökümətinin qismən bağlanması o deməkdir ki, 380 min insan pulsuz məzuniyyətə göndərilib, əlavə 420 min nəfərin isə işləyib, maaşlarını yalnız federal büdcə ilə bağlı mübahisə bitəndən sonra ala biləcək.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?