Qəzzanın üç fərqli bölgəsinə girməyə çalışan İsçrail ordusu “Həmas”ın “İzəddin əl- Kassam” briqadası və fələstinli özünümüdafiə dəstələri ilə şiddətli döyüşlərdən sonra geri çəkilib.
Musavat.com “Anadolu”ya istinadən xəbər verir ki, İzəddin əl- Kassam” briqadasının yaydığı açıqlamada İsrail ordusunun ciddi müqavimətlə qarşılaşdığı bildirilir.
***
03.16
Musavat.com-un “Anadolu”ya istinadən verdiyi məlumata görə, İsrail Qəzza və Rəfah şəhərlərini bombardman edir. Təcili yardım briqadaları və ambulanslar bombardman edilən bölgəyə yaxınlaşa bilmir. Müstəqil mənbələrin məlumatına görə, Fələstin şəhidlərinin sayı 250 nəfərə çatıb.
*** 03.08
BeytHanun sərhədində İsrail əsgərləri ilə fələstinli özünümüdafiə dəstələri arasında silahlı toqquşmalarbaşlayıb. Qəzzanın şimalı və və şimal-şərqində yüzlərlə fələstinli evlərinitərf edir.
***
03.05
İsrail ordusu Qəzzanın cənubunu top atəşinə tutub. Musavat.com-un “Anadolu”ya istinadən verdiyi məlumata görə, atəş nəticəsində 2 fələstinli ölüb, xeyli sayda adam yaralanıb.
***
02.50
Musavat.com-un “Anadolu”ya istinadən verdiyi məlumata görə, İsrail ordusuna məxsus çoxlu sayda tank və zirehli texnika Qəzzanın cənubundakı Rəfah və Xan Yunis şəhərlərindən Fələstinə girib.
***
01.20
İsrailin baş naziri Binyamin Netanyahu Qəzzada quru əməliyyatına başlamaq əmri verib. Misavat.com xəbər verir ki, məlumatı “Reuters” yayıb.
Netanyahunun kabinetinin bəyanatında deyilir ki, əməliyyatın məqsədi fələstinli döyüşçülər tərəfindın qazılmış tunellərin məhv edilməsidir.
Şahidlər Qəzzanın sərhədinə ağır artilleriyanın toplaşdığını bildiriblər.
İsrail sonuncu dəfə Qəzzada irimiqyaslı quru əməliyyatını 2008-2009-cu illərdə keçirmişdi.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?