GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » İranda 30-dan çox azərbaycanlı asıldı - Video

İranda 30-dan çox azərbaycanlı asıldı - Video

Tarix: 26-01-2016, 17:26 Bölmə :Ölkə Baxış: 0
İranda 30-dan çox azərbaycanlı asıldı - Video

Son həftələrdə İranda edam hökmlərinin çoxu İran Azərbaycanı və əhalisinin əksəriyyətinin türk olduğu digər bölgələrdə icra olunub.

gundemxeber.az xəbər verir ki, bu barədə İnsan haqları qruplarının yerli media və İranın rəsmi dövlət orqanlrının yaydığı məlumatlar əsasında hazırladıqları hesabatda bildirilir.

Hesabata əsasən ən az 13-ü son dörd gün ərzində olmaqla həmin bölgələrdə keçən bir ay ərzində əksəriyyəti narkotik qaçaqmalçılığı ittihamı ilə mühakimə edilmiş 30-dan artıq məhkum dar ağacından asılıb.

Edamlar Şərqi Azərbaycanın Təbriz və Şəbistər şəhərləri, Qərbi Azərbaycanın Urmiyə və Xoy şəhərləri eləcə də, Ərdəbil, Həmədan və Qəzvin vilayətində həyata keçirilib.

Yanvarın 7-də, Şərqi Azərbaycan vilayətinin Şəbistər şəhərində qətl ittihamı ilə məhkum edilmiş 25 yaşlı bir gənc şəhərin böyük tərəvəz bazarının meydanında əhalinin gözü qarşısında edam edilib.

İnsan haqları qrupları və medianın nəşr etdiyi video və şəkillərdə edam səhnəsini izləyən əhali arasında çox sayda uşaq da görünür.

İnsan haqları təşkilatlarına istinadən, eyni gündə Xoy şəhərinin Evoğlu bölgəsində yerləşən bir kənddə qətldə ittiham olunan başqa bir məhbus kənd əhalisi önündə asılıb.

Eyni gündə Ərdəbil Ədliyyəsinin veb səhifəsinə istinadən, daha əvvəl İranın İnqilab Məhkəmələri tərəfindən narkotik qaçaqçılığı ittihamı ilə məhkum edilimiş üç məhbus Ərdəbil mərkəzi zindanının həyətində asılıb. Ədliyyə orqanları asılanların kimliyi ilə bağlı məlumat verməyib.

İranda həyata keçirilən edamlar haqqında fəaliyyət göstərən İran İnsan Haqları Təşkilatının (İran HR) bildirdiyinə görə, yanvarın 6-da qaçaqçılıq ittihamı ilə mühakimə edilmiş bir qadın və üç kişi Təbriz Mərkəzi Zindanında asılıblar.

İran HR Təbrizdə asılanların adını da nəşr edib: Tofiq Məhəmmədfər, Hüseyn Zadigan-İskəndər, Əmirəli Zadigan-İskəndər və Zəhra Neməti (Əmirəlinin həyat yoldaşı).

Təbrizdə Mehdi Nüsrətiyan adlı qətl ittihamı ilə mühakimə edilmiş başqa bir məhkum isə yanvarın 5-də edam edilib.

İranda insan haqları durumu ilə bağlı məlumat yayan HRA agentliyi yanvarın 6-da Həmədan Mərkəzi Zindanında Məhəmməd Camal Fəşi adında bir məhkumun edam edildiyini bildirib. HRA-nın məlumatına görə, həmin gün Həmədanda asılan başqa məhbuslar da olub.

Həmin məlumata əsasən, narkotik qaçaqçılığı ilə əlaqəli məhkum edilmiş Fərhəng Harviyan, Hacı Divari-Bədri və Həmid Qəmbərinin edam hökmü yanvarın 5-də Urmiyə Mərkəzi Zindanında icra edilib.

Təbriz Mərkəzi Zindanında 2015-ci ilin son günü dekabrın 31-də də 6 nəfərin edam hökmü icra edilib. Günaz TV-nin xəbərinə görə, Əmir Əhmədi, Cahangir Səidi, Cavad Rahnima, Rza Məhəmmədpur, Cavad Qarabağı və Hüseyn Həsənzadə narkotik qaçaqçılığı ilə əlaqədar keçən illərdə mühakimə edililmişdilər.

Həmçinin təqribən iki həftə öncə qətl ittihamı ilə mühakimə olunmuş əslən Culfa şəhərindən olan Şəmsəddin Oruczadə Təbrizdə asılıb.

Qəzvin vilayətində isə ötən dekabr ayının 17-dən 24-ə qədər 16 nəfərin asılaraq edam edildiyinə dair məlumat vilayətin baş prokuroru Höccətül-İslam Sadıqi tərəfindən İran xəbər agentliklərinə verilib. Sadıqinin bildirdiyinə görə, asılanların hamısı narkotik qaçaqçılığı ilə əlaqəli məhkum olmuşdular.

Keçən bir ay ərzində türklərin sıx yaşadığı digər vilayətlərdən biri Kərəcdə də kollektiv şəkildə edam hökmləri icra olunub.

Amnesty International İranda narkotik qaçaqmalçılığı ilə əlaqədar edamlar haqqında yaydığı hesabatda etnik və dini azlıqlardan olan müttəhimlərin ən çox edam riski altında olduğunu önə çəkir.

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • İranda 6 azərbaycanlı dar ağacından asıldı

    İranda 6 azərbaycanlı dar ağacından asıldı ...

    25-05-2017, 16:44

  • 
  • İranda bir nəfər əhalinin gözü qarşısında edam edilib

    İranda bir nəfər əhalinin gözü qarşısında edam ...

    22-08-2013, 11:45

  • 
  • İranda 3 nəfər edam edilib

    İranda 3 nəfər edam edilib ...

    11-11-2015, 14:53

  • 
  • Təbrizdə bir məhbus edam edilib, Urmiyə və Təbrizdə daha 5 nəfəri edam cəzası gözləyir

    Təbrizdə bir məhbus edam edilib, Urmiyə və ...

    25-07-2024, 23:11

  • 
  • İran daha 4 nəfəri dar ağacından asdı

    İran daha 4 nəfəri dar ağacından asdı ...

    11-07-2017, 11:35


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (260)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu