“Vaşinqton Post”-da "Qaşıqçının qətlində əsas şübhəli kimi adı keçən, “Kralın keçmiş baş müşaviri yoxa çıxıb" başlıqlı xəbər dərc olunub.
Xəbərdə, Səudiyyə rəsmiləri və qəzetə məlumat verən Səudiyyəli vətəndaşların vəliəhd şahzadə Məhəmməd bin Salmanın ən yaxın məsləhətçilərindən biri olan və Qaşıqçı cinayəti üçün İstanbula gələn sui-qəsd qrupunu idarə etdiyi iddia edilən Kahtaniyə tam olaraq nə olduğuna dair bir-biri ilə ziddiyyətli açıqlamalar verildiyinə diqqət çəkilib.
KAHTANİ HAQQINDAKI SUAL İŞARƏLƏRİ
Səudiyyə rəhbərliyinin Qaşıqçı cinayətilə əlaqədar olaraq Kahtani-nin istintaq altında olduğunu bildirdiyinə işarə edilən xəbərə görə, bir Səudiyyə vətəndaşı Kahtani-nin Ciddə şəhərində görüldüyünü deyib, bir hökumət əməkdaşı isə Kahtani-nin paytaxt Ər-Riyaddakı kral məhkəməsinin ofislərindən birində görüldüyünü bildirib. ABŞ və digər xarici ölkələrin Səudiyyə Ərəbistanının Qaşıqçı cinayətini törədənlərin cəzalandırılıb cəzalandırılmayacağını görmək üçün bu ölkənin addımlarını izlədiyinə və Kahtani-nin də təqib altında olduğuna vurğu edilən xəbərdə, Kahtani-nin bu cinayəti gizli olaraq planlaşdırdığı, yoxsa hökumətin əmri əsasında bunu etdiyinə dair hələ də ciddi sual işarələrinin olduğu qeyd edilib. Səudiyyə Ərəbistanın Kahtani-nin aqibəti mövzusundakı suallara cavab vermədiyinə diqqəti çəkən xəbərə görə, Səudiyyənin kral məhkəməsinə yaxın bir qaynaq Kahtani-nin ev həbsində tutulduğunu düşündüyünü, ancaq bu məsələdə əmin olmadığını söyləyib.
KAHTANİ KİMDİR?
Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanın ən yaxın şəxslərindən olan və onun mətbuat üzrə məsləhətçiliyini edən Səud el-Kahtani-nin jurnalist Camal Qaşıqçı-nın öldürülməsi üçün İstanbula göndərilən sui-qəsd qrupunun rəhbəri olduğu irəli sürülür.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?