ABŞ prezidenti Donald Tramp bəyan edib ki, onun administrasiyası ölkədə fövqəladə hal rejimini tətbiq etmək hüququna malikdir.
Bunu Birləşmiş Ştatlar prezidenti "FOX News" telekanalının efirində bildirib. O vurğulayıb ki, qanunvericiliyə görə, onun fövqəladə hal tətbiq etmək hüququ var və bu anlamda qanun "100% onun tərəfindədir".
"Əgər biz Konqreslə razılaşma ələ etməsək, mən bunu edəcəyəm" - deyən Tramp bildirib ki, fövqəladə rejimin tətbiq olunması barədə qərar yaxın günlərdə qəbul olunacaq.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?