Türkiyənin Polis Akademiyası tərəfindən hazırlanan “Beynəlxalq təhdid olan FƏTÖ” hesabatnda təşkilatın xaricdəki şəbəkəsinin quruluşu və yeni strategiyalar ilə davam eləməyə çalışdığı fəaliyyəti ifşa edilib.
Hesabatda deyilir:
“FƏTÖ-nun başçısı Gülənin ABŞ-dan çıxarılacağı halda Misirə sığına biləcəyi iddiaları da əsassız deyil”.
“FƏTÖ bu dövrdə Orta Asiya və Qafqaz bölgəsində ABŞ-ın “Mülayim islam” layihəsi çərçivəsində mühüm rolları öz üzərinə götürmüşdür”.
“ABŞ FƏTÖ fəaliyyətinin mərkəzidir”
“FETÖ bu dövrdə fəaliyyətdə olduğu ölkələrdə Qərb tərzində təhsil verməklə məşhurlaşmağa başlayıb və Qərb ölkələri üçün gün keçdikcə daha qabiliyyətli iştirakçı mövqeyinə gəlib. Lakin təşkilatın təsir dairəsindəki bölgələrdə əslində ABŞ-ın əməliyyat bazasına çevrildiyi illər keçdikdən sonra ortaya çıxıb”.
“FETÖ-nün lideri Fəthullah Gülənin iqamətgahı olduğu açan ABŞ hal-hazırda təşkilatın dünya miqyasındakı fəaliyyətlərinin mərkəzinə çevrilib”.
“ABŞ rəhbərliyinin FƏTÖ-nün ölkədə fəaliyyət göstərməsinə icazə verdiyi aşkardır. Bunun sayəsində FƏTÖ şəbəkəsi ABŞ-ın təhsil, mədəniyyət, ticarət və siyasət sahələrində fəaliyyət göstərir”.
“FETÖ ABŞ-da yardım, rüşvət və mədəniyyət yürüşləri yolları ilə əldə elədiyi lobbi imkanlarından Türkiyə üzərinə təzyiq vasitəsi kimi istifadə eləmək məqsədi güdür. Buna ən son nümunə ABŞ-da Türkiyənin suverenlik hüququna zidd şəkildə aparılan Hakan Atilla məhkəməsidir. Mühakimə prosesi Türkiyədə 17-25 dekabr məhkəmə çevrilişi cəhdinin iştirakçıları olan FƏTÖ üzvlərinin ifadələri və qanunusuz yollarla Türkiyədən çıxarılmış sənədlər üzərində qurulub”.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?