Fətullah Gülənin tərəfdarları ABŞ Konqresi, məhkəmə sistemi və diplomatik missiyalarına yayılıblar. Bunu Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlu deyib.
“FETÖ-nün ABŞ-da nə etmək istədiyini biz yaxşı bilirik, FETÖ-nün dövlət qurumlarına, məhkəmə instansiyalarına nüfuz etməsi barədə amerikalıları açıq şəkildə məlumatlandırırıq. Onlar ABŞ-ın Türkiyədəki diplomatik missiyalarına, ABŞ Konqresinə, hər yerə yayılıblar. Leqal və ya qeyri-leqal şəkildə. Biz FETÖ ilə öz ölkəmiz daxilində necə mübarizə aparırıqsa, xəyanətkarların olduğu bütün dünya ölkələrində də bu cür mübarizəni davam etdirəcəyik”, - deyə Çavuşoğlu qeyd edib.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?