Ukrayna polisi Xarkov vilayətinin Krivoy Roq şəhərində silahlı basqın edərək zərgərlik mağazasını yaran şübhəli şəxsləri yaxalayıb.
Bu barədə Ukraynanın Milli Polis İdarəsi rəisinin birinci müavini Vyaçeslav Abroskin öz "Facebook" səhifəsində yazıb.
Rəis müavininin sözlərinə görə, şübhəli şəxs qismində saxlanılan 6 nəfər Azərbaycan vətəndaşıdır. Onlardan 1,5 kq-dan artıq zərgərlik məmulatları götürülüb.
“Report” bildirir ki, hadisə şənbə günü, yanvarın 19-da baş verib.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?