Komitə həmçinin ittihamın götürülməsinə bir gün qalmış AŞ-da ekstren müzakirələr zamanı dialoqa görə Azərbaycanın Avropa Şurasındakı daimi nümayəndəliyinə təşəkkürünü bildirib.
"Biz Azərbaycan hakimiyyətini bu xətti davam etdirməyə, mühakimə olunmuş hüquq müdafiəçilərinin və ölkədən çıxışına qadağa qoyulmuş vətəndaş cəmiyyəti fəallarının barəsində hökmlərə yenidən baxmağa, Mehman Hüseynova dəstək aksiyasında iştiraka görə həbs olunanların azadlığa buraxılmasına çağırırıq", - Komitənin rəhbəri Saymon Matiysenin bəyanatında deyilir.
Mehman Hüseynov 2017-ci il martın 3-də 2 il azadlıqdan məhrum edilib. O, Nəsimi Rayon Polis İdarəsinin rəisi Musa Musayevin xüsusi ittiham qaydasında qaldırdığı iddia əsasında cəzalandırılıb - polisə böhtan atmaqda təqsirli bilinib.
Mehman Hüseynov həbsinin sosial şəbəkələrdə yaydığı videolarla bağlı olduğunu bildirib.
2018-ci il avqustun 24-də Qaradağ Rayon Məhkəməsi hakim Rəşad Məmmədovun sədrliyi ilə bloger Mehman Hüseynovun vaxtından əvvəl şərti azadlığa buraxılması barədə müraciəti təmin edilməyib. Məhkəmənin qərarını Apellyasiya Məhkəməsi dəhakim Elşad Şamayevin sədrliyi qüvvədə saxlayıb.
Həbsdə olan bloger Mehman Hüseynova qarşı 2018-ci il dekabrın 26-da yeni cinayət işi başlanılıb. O, 14 saylı cəzaçəkmə müəssisəsinin əməkdaşına xəsarət yetirməkdə ittiham olunur. Bloger ittihamın yalan və böhtan olduğunu bildirib.
Hüseynova qarşı dekabrın 26-da yeni cinayət işi başlanıb. Bu dəfə o, Penitensiar Xidmətin əməkdaşına xəsarət yetirməkdə ittiham edilib. Bloger etiraz olaraq aclıq aksiyası keçirib və onun aclıq aksiyasına geniş ictimai dəstək olub.
Nəhayət yanvarın 22-də prokurorluq bloger barəsində qaldırılmış yeni cinayət işinə xitam verib. Prokurorluğun cinayət işinə xitam verməsi prezident İlham Əliyevin Mehman Hüseynovun yazdığı bildirilən müraciətə dərhal reaksiya verməsindən bir gün sonraya təsadüf edir.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?