Kreml 2014-cü ilin yazında ölkədən qaçaraq Rusiyada yaşayan sabiq Ukrayna prezidenti Viktor Yanukoviçə dövlət mühafizəsi ilə təmin edib. Rusiya Federasiyası prezidentinin mətbuat katibi Dmitri Peskovun sözlərinə görə, ukraynalı siyasətçi Vladimir Putinin şəxsi göstərişi ilə mühafizə olunur.
“O, Rusiya Federasiyası prezidentinin tapşırığı ilə mühafizə olunur. Dövlət mühafizəsi ölkə başçısının qərarı ilə təmin olunur”, Peskov deyib. Onun sözlərinə görə, mühafizə barədə qərar hələ beş il əvvəl, Yanukoviç “Rusiyaya Ukrayna hökümətinin başçısı kimi” daxil olarkən verilib. Lakin Peskov Yanukoviçin hansı struktur tərəfindən mühafizə olunduğu və bunun rus vergiödəyicilərinə neçəyə başa gəldiyi barədə məlumat verməyib. Kiyevin Obolon rayon məhkəməsi Ukraynanın sabiq prezidenti Viktor Yanukoviçə qarşı hökm çıxarıb. Məhkəmə onun dövlətə xəyanət və Rusiyanın Krımı ilhaq etməsinə yardım etməkdə təqsirli tanıyıb. Yanukoviç 13 il müddətinə azadlıqdan məhrum edilib.
Yanukoviç 2014-cü ildə Kiyevdə prezidenti Avropa İttifaqı ilə birləşmə razılığına əməl etməyə çağıran etirazçılara qarşı ölümcül təqiblərdən sonra gərinliyin artması nəticəsində Ukraynadan qaçıb.
Yanukoviç ona qarşı açılmış cinayət işini fars hesab edir.
Sorğu
Yeni dizaynımız necədir?