GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Dünya » Ağ Ev Xaşuqcinin ölümü ilə bağlı hesabat hazırlamayıb

Ağ Ev Xaşuqcinin ölümü ilə bağlı hesabat hazırlamayıb

Tarix: 9-02-2019, 19:19 Bölmə :Dünya Baxış: 468
Ağ Ev Xaşuqcinin ölümü ilə bağlı hesabat hazırlamayıb


Tramp administrasiyası cümə günü son möhlət tarixinədək Konqresə səudiyyəli jurnalist Camal Xaşuqcinin qətlinə görə kiməsə sanksiya tətbiq etmək niyyətində olub-olmadığını bildirə bilməyəcəyinə işarə edib.

Senat ötən payız prezident Trampa oktyabr ayında İstanbulda Səudiyyə konsulluğuna daxil olub, sonra bir daha oradan çıxmayan Xaşuqcinin ölümünə görə, kimin məsuliyyət danışıdığını müəyyən etməsi üçün 120 gün, yəni fevralın 8-dək vaxt vermişdi.

Yüksək səviyyəli administrasiya rəsmisi cümə günü bildirib ki, prezidentin münasib şərtlər altında Konqres komitələrinin tələblərini rədd etmək səlahiyyətinə sahibdir.

Rəsmi deyib ki, Dövlət Departamenti müntəzəm qaydada Konqresi Xaşuqcinin qətli ilə əlaqəli addımları ilə bağlı məlumatlandırır. O həmçinin qeyd edib ki, Birləşmiş Ştatlar artıq səudiyyə rəsmilərinə sanksiyalar tətbiq edib.

Dövlət Departamenti cümə axşamı təxminən 25 Səudiyyə rəsmisinin vizasını ləğv etdiyini və əlavə 17 nəfərin aktivlərini dondurduğunu bildirib.

Xaşuqci Washington Post qəzetinin köşə yazarı idi. O, vəliəhd şahzadə Məhəmməd bin Salmanla bağlı tənqidi məqalələr yazırdı. Onun qalıqları hələ də tapılmayıb.

Səudiyyə Ərəbistanı bir neçə həftə boyunca Xaşuqcinin Səudiyyə Konsulluğunda öldürüldüyünü inkar edəndən sonra, nəhayət jurnalistin səudiyyəli agentlər tərəfindən öldürüldüyünü qəbul edib və 11 nəfərə ölüm cəzası hökmü verib.

New York Times-ın cümə axşamı verdiyi məlumata görə, səudiyyəli jurnalist Camal Xaşuqci öldürülmədən bir il öncə vəliəhd şahzadə Məhəmməd bin Salman yardımçısına deyib ki, əgər jurnalist ölkəyə geri dönməsə və höküməti tənqid etməyə son qoymasa, o, Xaşuqcini "güllə" ilə vuracaq.

Səudiyyənin xarici işlər naziri Adel Əl-Cübeir cümə günü qəzetdəki məqalə ilə bağlı şərh verməyi rədd edib, lakin Vaşinqtondakı müxbirlərə Xaşuqcinin qətlinə şahzadənin göstəriş vermədiyini deyib. Əl-Cübeir Konqres üzvləri ilə görüşlər keçirib. O həmçinin cümə axşamı ABŞ-ın dövlət katibi Mayk Pompeo ilə də görüşüb.

Tramp administrasiyası səudiyyəli vəliəhd şahzadənin Xaşuqcinin qətlində birbaşa əlaqəsi olduğuna dair inandırıcı dəlilin olmadığını bildirib. Lakin Trampın mənsub olduğu Respublikaçı partiyasının nəzarət etdiyi Senat dekabr ayında qətnamə qəbul edərək, qətlə görə vəliəhd şahzadənin “məsuliyyət daşıdığını” bildirib.

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu cümə günü Xaşuqcinin ölümünə dair BMT istintaqının aparılmalı olduğunu söyləyib. Onun bu sözləri BMT-nin insan haqları üzrə eksperti Aqnes Kallamard Səudiyyə Ərəbistanının Türkiyənin qətllə bağlı istintaqına xələl gətirdiyini söyləməsindən bir gün sonraya təsadüf edib.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Xaşuqcinin "oxşarı" olan səudiyyəli agentin İstanbulda görüntüləri göstərilib

    Xaşuqcinin "oxşarı" olan səudiyyəli ...

    23-10-2018, 10:51

  • 
  • Mətbuat Camal Xaşuqcinin son nəfəsdə dediyi sözləri dərc edib

    Mətbuat Camal Xaşuqcinin son nəfəsdə dediyi ...

    12-11-2018, 10:42

  • 
  • Tramp Xaşuqcinin qətlinin səs yazısını dinləməyəcək

    Tramp Xaşuqcinin qətlinin səs yazısını ...

    19-11-2018, 17:11

  • 
  • ABŞ Xaşuqcinin qətlində günahkarların cəzalandırılmasına çalışacaq

    ABŞ Xaşuqcinin qətlində günahkarların ...

    14-01-2019, 10:52

  • 
  • ABŞ rəsmiləri: CIA Xaşuqcinin qətlinə vəliəhdin göstəriş verdiyinə dair nəticəyə gəlib

    ABŞ rəsmiləri: CIA Xaşuqcinin qətlinə vəliəhdin ...

    17-11-2018, 15:00


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu