GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Dünya » Paşinyan hərbçilərini Suriyaya niyə göndərdi?

Paşinyan hərbçilərini Suriyaya niyə göndərdi?

Tarix: 12-02-2019, 23:14 Bölmə :Dünya Baxış: 437
Paşinyan hərbçilərini Suriyaya niyə göndərdi?


Ermənistan fevralın 8-də Suriyaya 83 hərbçi göndərdi. Onlar Suriyada humanitar missiya ilə məşğul olacaqlar. Erməni hərbçilər Suriyada yardım paylayacaqlar, əraziləri minalardan təmizləyəcəklər.

Nikol Paşinyanın erməni həbrçiləri Suriyaya göndərməsi bir sıra suallar doğurur.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şhinoğlu hesab edir ki, Paşinyan bu addımla birinci növbədə Rusiyanın istəyini yerinə yetirib: "Rusiya prezidenti Vladimir Putin bir neçə il əvvəl Suriyaya müdaxilə etməyə qərar verəndə müttəfiq dövlətlərə müraciət etdi. Putin istəyirdi ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv dövlətlər Rusiyanın Suriyadakı hərbi kampaniyasına dəstək versinlər. Rusiya istədi ki, koalisiya yaratsın. Necə ki, ABŞ İraq və Əfqanıstana müdaxilə zamanı koalisiya yaratmışdı. Ancaq o zaman Belarus, Qazaxıstan və Ermənistan Putinə müsbət cavab vermədilər. Ermənistanda hakimiyyətə gələn Nikol Paşinyanla Moskva arasında münasibətlərdə müəyyən problemlər yarandı. Kreml şübhələnirdi ki, Paşinyan ABŞ və Avropa dövlətləri ilə sıx münasibətlər yaratmaq istəyir. Paşinyan isə qorxurdu ku, Kreml Qarabağ məsələsində Azərbaycana dəstək verə bilər. Buna görə də Paşinyan Putinlə görüşlərindən birində təklif etdi ki, Ermənistan Suriyaya hamunaitar missiya göndərsin. Paşinyanın bu təklifi Putinin xoşuna gəldi. Daha sonra Rusiya və Ermənistan müdafiə nazirləri Moskvada bir neçə dəfə görüşdülər və bu məsələni müzakirə etdilər".

Ekspertə görə, Azərbaycan Suriyaya humanitar missiya göndərə bilməz: "Çünki bu halda Azərbaycanın Suriyada Rusiyanın və Bəşər Əsəd rejiminin müttəfiqi kimi qiymətləndirilə bilər. Bu halda Azərbaycanın Türkiyə və Qərb dövlətləri ilə münasibətlərində gərginlik yaşana bilərdi. Bundan istifadə edən Paşinyan Azərbaycanı qabaqlamağa qərar verdi. Paşinyan Suriyaya humanitar missiya göndərməklə Putin izah etdi ki, Azərbaycandan fərqli olaraq Ermənistan Rusiyanın Suriya siyasətinə dəstək verir. Bu Paşinyana ona görə lazımdır ki, Kreml Qarabağ məsələsində Azərbaycana deyil, Ermənistana dəstəyini davam etdirsin. Təsadüfi deyil ki, Paşinyanın Suriyaya missiya göndərdiyi günlərdə Kremlin Ermənistana qırıcı təyyarələr satacağı xəbəri yayıldı. Bu yolla Kreml Paşinyanın Suriyaya humanitar missiya göndərmək addımına yüksək qiymət verdiyini göstərdi.

İkincisi, Paşinyan Suriyaya humanitar missiya göndərməklə Ermənistan daxilində mövqelərini gücləndirməyə çalışır. Çünki, Ermənistanın humanitar missiyası Suriyada ermənilərin yaşadığı ərazilərdə yerləşdirilməlidir. Yəni Paşinyan bununla demək istədi ki, o Suriyada yaşayan ermənilərin qayğısına qalır.

Üçüncüsü, Paşinyan Suriyaya humanitar missiya göndərməklə İranla əlaqələri də gücləndirməyi hədəfləyir. Ermənistanın Suriyaya humanitar missiya göndərməsi İrəvanın Bəşər Əsəd rejiminə dəstək verməsi deməkdir. İran da Bəşər Əsədə dəstək verir və ona görə də Dəməşqlə sıx münasibətləri olan ölkələrlə yaxşı münasibətləri var. Paşinyan bu vasitə ilə Tehranla yaxınlaşmaq istəyir. Paşinyan Tehrana səfərə hazırlaşır. Buna baxmayaraq, sanksiyalarla üzləşən İran Ermənistana maliyyə dəstəyi verməsi problematikdir. Tehranın Ermənistanla birgə iqtisadi layihələrə də marağı azdır. İran əsas layihələrini Azərbaycanla reallaşdırmaq istəyir. Tehran hazırda Azərbaycanın iştirakçısı olduğu “Şimal-Cənub” dəmiryolu layihəsini işə salmaq istəyir. Buna baxmayaraq, İran qonşusu Ermənistanla təmas imkanlarını açıq saxlamağa üstünleük verir.

Paşinyan hərbi heyəti Suriyaya göndərməklə Rusiyanın simpatiyasını qazandığını düşünür. Ancaq Paşinyanın bu qərarı onun ABŞ-la münasibətlərinə yaxşı heç nə vəd etmir. Rusiyanın digər müttəfiqləri Belarus və Qazaxıstan Suriyaya humanitar missiya göndərmədilər. Ermənistan isə göndərdi. Bu Vaşinqtonda xoş qarşılanmadı. Belə olan halda Paşinyan ABŞ-dan maliyyə dəstəyinə ümid edə bilməz. Rəsmi Bakı bu amildən xarici siyasətində ehtiyatla istifadə edə bilər. ABŞ-dakı və Avropa ölkələrindəki erməni lobbisi Ermənistana və Dağlıq Qarabağ separatçılarına dəstək üçün müxtəlif vasitələrdən istifadə edir. Azərbaycan rəsmiləri ABŞ və Avropa rəsmiləri və diplomatları ilə danışıqlarında Ermənistanın Suriyada Rusiyaya və Bəşər Əsədə dəstək verdiyini xatırlatmalıdırlar".

E.Şahinoğluya görə, əslində Azərbaycanın da Suriya istiqamətində fəallaşmasına ehtiyac var: "Suriyada və İraqda türkmənlər yaşayır. Suriyada türkmənlərin sayı ermənilərdən qat-qat çoxdur. Rəsmi Bakı onlara dəstək haqqında düşünməlidir. Aydındır ki, Azərbaycanın birbaşa İraqda və Suriyada yaşayan türkmənlərə dəstək verməsi problemlidir. Bunun risqləri var. Ancaq Azərbaycan İraqda və Suriyada yaşayan türkmənlərə Türkiyə üzərindən humanitar yardım göndərə bilər. Bununla Azərbaycan həm eyni dildə danışan soydaşlarına dəstək vermiş olar, həm Türkiyə ilə siyasi-hərbi ittifaqını gücləndirər, həm də göstərər ki, bölgədəki hadisələrə biganə deyil".
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Putin cəhənnəm silahını Suriyaya göndərdi: “Obama-ÇMO!”

    Putin cəhənnəm silahını Suriyaya göndərdi: ...

    13-10-2015, 13:35

  • 
  • Ermənilər hərbçilərin Suriyaya göndərilməsinə etiraz edir

    Ermənilər hərbçilərin Suriyaya göndərilməsinə ...

    4-10-2018, 10:32

  • 
  • 3-cü Dünya Müharibəsinin ayaq səsləri? Obama Putinlə görüşü rədd etdi - Rusiyanın Suriyaya qoşun yeritməsi...

    3-cü Dünya Müharibəsinin ayaq səsləri? Obama ...

    11-09-2015, 16:22

  • 
  • Rusiyanın Suriyaya silah satdığı rəsmən təsdiqləndi

    Rusiyanın Suriyaya silah satdığı rəsmən ...

    19-05-2013, 01:40

  • 
  • ABŞ Suriyaya 200 əlavə hərbçi göndərir

    ABŞ Suriyaya 200 əlavə hərbçi göndərir ...

    12-12-2016, 20:27


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu