Gürcüstan parlamenti Mixail Saakaşvilinin hakimiyyətinin cinayətkar rejim adlandırılması barədə qətnaməni qəbul etməkdən imtina edib. Gundemxeber.az Sozcu.az-a istinadla əbər verir ki, qətnamə parlamentin müzakirəsinə rusiyayönlü Gürcüstan Vətənpərvərlər Alyansı Partiyasının deputatları tərəfindən təqdim edilib. Qətnamədə Saakaşvili hakimiyyəti avtoritar rejimi kimi qələmə verilib və Saakaşvilinin məhkəmə sistemini özünə tabe edərək, ölkə əhalisinin 8%-ni həbs etdiyi vurğulanıb.
Qeyd edək ki, Saakaşvili 2004-2012-ci illərdə Gürcüstan prezidenti olub. Hakimiyyətdən getdikdən sonra onun ölkəyə girişi qadağan olunub və o, beynəlxalq axtarışa verilib.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?