Ermənistan hökumətinin yüksək vəzifəli şəxsləri səviyyəsində Azərbaycan ordusunun erməni əsgərlərində qorxu yaratdığı etiraf edilib.
Gundemxeber.az xəbər verir ki, Ermənistan baş naziri Nikol Paşinyanın məsləhətçisi, “İnsan İnkişafı üzrə Beynəlxalq Mərkəz”in rəhbəri Tevan Poqosyan “Facebook”da cəbhə xəttindəki son vəziyyəti şərh edərkən, Azərbaycan ordusunun həyata keçirdiyi mühəndis-istehkam işlərinin onlarda ciddi narahatlıq və qorxu yaratdığını bildirib.
“2018-ci ilin yayındakı hərbi çağırışdan 6 ay keçib. İndi bizdə elə bir vəziyyətdir ki, 6 aydan çox hərbi xidmətə başlayan yeni çağırışçılar hətta heç barıt qoxusu ilə də tanış deyillər, onların təcrübəsi də yoxdur. Təcrübəsizlik isə qorxu yaradır. Ümid edirəm ki, bizim ordumuzda “qorxunun ölçülməsi” üzrə hansısa instrument var, əks halda, hamınız yaxşı anlayırsınız ki, belə bir təcrübəsizlik üzündən hansı vəziyyət yarana bilər” – Poqosyan vurğulayıb.
Bununla da, Paşinyanın məsləhətçisi 2016-cı ilin aprel döyüşlərində erməni əsgərlərinin hərbi texnikadan düzgün istifadə edə bilməməsi və naşılığı səbəbindən, həm də qorxudan döyüş postlarını tərk edərək qaçmalarına diqqət çəkib. Azərbaycan ordusunun erməni əsgərlərinin canına saldığı bu qorxu, çətin ki, nə zamansa sovuşa.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?