Ermənistanın 2018-ci ildə kütləvi etirazlardan sonra istefaya gedən üçüncü prezidenti Serj Sarkisyanın qardaşı Aleksandr Sarkisyan 6,5 milyon dollar məbləğində vergi ödəyib və "öz təşəbbüsü ilə" dövlətə 19,6 milyon dollar ianə edib. Bu barədə Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin mətbuat mərkəzi "Azadlıq" radiosunun erməni xidmətinin yazılı müraciətinə cavab olaraq bildirib.
2018-ci ilin iyul ayında Ermənistan MTN-nin əməkdaşları 62 yaşlı Aleksandr Sarkisyanın mənzilində axtarış aparıb və qanunsuz silah saxlamaq şübhəsilə sabiq prezidentin qardaşını sorğu-sual edib. Lakin bir neçə saat sonra silahın qanuni olduğunu bildirilərək o, sərbəst buraxılıb.
Bundan sonra Aleksandr Sarkisyanla bağlı 178-ci maddənin 3-cü hissəsinin 1-ci bəndi (geniş miqyasda fırıldaqçılıq) ilə cinayət işi açılıb.
Milli Təhlükəsizlik Xidmətinin məlumatına görə, Ermənistanın yeni hakimiyyət orqanlarında ona qarşı vergi iddialarını həll etmək üçün Aleksandr Sarkisyan Ermənistanın dövlət büdcəsinə artıq 3 milyard 165 milyon dram (təxminən 6,5 milyon dollar) vergi ödəyib. Həmçinin o, "vətəni müdafiə etmək üçün silah əldə etmək məqsədilə dövlətə 19,6 milyon dollar ianə edib".
Aleksandr Sarkisyanla yanaşı, Serj Sarkisyanın digər yaxın qohumları da sabiq prezidentin hakimiyyətdən getməsindən sonra istintaqa cəlb olunub:
Sabiq prezidentin qardaşı Aleksandr Sarkisyanın ikinci oğlu Ayk Sarkisyan qəsdən adam öldürməyə cəhddə ittiham olunsa da, zaminə buraxılıb.
Serj Sarkisyanın ikinci qardaşı Levon Sarkisyan vergidən yayınma və qanunsuz varlanmada ittiham olunub və axtarışdadır.
Sabiq prezident Serj Sarkisyanın qardaşı Levon Sarkisyanın oğlu Narek Sarkisyanla bağlı silah, hərbi sursat və narkotik maddələrin qeyri-qanuni saxlanması və dövriyyəsi ilə yanaşı, bir sıra digər maddələrlə da cinayət işi açılıb. O, dekabrın 6-da Pragada aşkar olunub və çox güman ki, vətəninə deportasiya olunacaq.
Levonun qızı Aniyə qarşı atasına qarşı olan eyni ittiham irəli sürülüb, o ölkədən çıxmamağa dair yazılı öhdəlik altındadir.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?