Ermənistanın Dövlət Gəlirləri Komitəsinin müstəntiqləri ölkənin keçmiş prezidenti Serj Sarkisyanın qardaşı oğlu Narek Sarkisyanın evində apardıqları axtarış zamanı bankların birində 6,8 milyon dollar məbləğində əmanətlər haqqında sazişi aşkar ediblər.
Bu barədə Dövlət Gəlirləri Komitəsinin mətbuat xidmətindən açıqlama verilib.
Bildirilir ki, saziş 2017-ci ilin ikinci yarısında Ermənistanın o zamankı prezidenti Serj Sarkisyanın qardaşı Levon Sarkisyan oğlu Narek və onun qızı Ani Sarkisyanla bağlanıb. Məlumatda qeyd olunur ki, L.Sarkisyan 2017-ci il ərzində xüsusi tapşırıqlar üzrə səfir olub. Qanuna uyğun olaraq o, gəliri və maliyyə vəsaitləri barədə bəyannaməni təqdim etməli idi. Lakin o, oğlu və qızı tərəfindən banka təqdim edilən bəyannamədə vəsaitlər göstərilməyib.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?