Sosial şəbəkə sistemlərində girişə maneə tətbiqi ölkənin geri qalmasına səbəb olur.
Bu sözləri İran Prezidenti Həsən Ruhani deyib.
Rəşt şəhərində çıxış edən prezident bildirib ki, müasir dünya dəyişiklik və inkişaf halındadır: “Dünya günü-gündən irəliləyir. Bəzi sosial şəbəkə saytlarına daxil olmağı əngəlləmək dünyadan geri qalmağa səbəb olur”.
Qeyd edək ki, İran internet istifadəçilərinin 55 faizi daha çox Teleqram şəbəkəsindən istifadə edir. Lakin məhkəmə qərarı ilə bu şəbəkə ölkə daxilində qadağan olunub.
İnternet istifadəçilərinin 23 faizinin daima istifadə etdiyim İnstaqram isə məhkəmənin qərarı ilə yanvar ayında qapadılıb.
İran internet istifadəçiləri Tvitter və Feysbuk kimi sosial şəbəkələrə tətbiq olunan müdafiə şifrəsini qırmaqla daxil ola bilir./teleqraf.com
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?