Ötən aydan bəri Hindistanla Pakistan arasında gərginlik nəzarətdən çıxa bilər.
Belə ki, Hindistan Pakistanı 6 raketlə hədəf alacağı ilə hədələyib. İslamabad isə bu kimi hücuma üçqat cavab veriləcəyini bildirib.
Gərginliklərin bu formada dərinləşməsi iki nüvə qüdrətli ölkə arasında müharibəyə səbəb ola bilər. Ölkələr arasında Kəşmir münaqişəsi dünyanın ən təhlükəli qarşıdurması hesab edilir.
Təhdidlər hələ ki, sözdən o yana keçməsə də, Vaşinqton, Pekin və Londonun siyasi dairələrində narahatlığa səbəb olub.
Reuters-in yaydığı məlumatlar 2008-ci ildən bəri Cənubi Asiyanın ən ciddi hərbi böhranı və diplomatik səylərin gücləndirilməsinin vacibliyini önə çəkir.
Gərginlik Hindistan təyyarəsinin Pakistan ərazisinə daxil olub, fevralın 14-də Kəşmirin Hindistanın nəzarət etdiyi hissəsində 40 hindistanlının ölümü ilə nəticələnən intiharçı bomba hücumunu həyata keçirdiyini iddia etdiyi militantlara qarşı önləyici hücum keçirməsindən sonra artıb.
Pakistan cavab tədbiri olaraq, döyüş təyyarəsini vurub və pilotu ələ keçirib. Pilot daha sonra sülh jesti olaraq Hindistana geri verilib.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?