Dünyanın ən böyük arxipelaq ölkəsi olan İndoneziya ilə Vietnam arasında gərginlik artmaqdadır. Lent.az-ın Doğan xəbər agentliyinə istinadən verdiyi məlumata görə, İndoneziyanın təhlükəsizlik qüvvələri okeanda Vietnam bayrağı altında üzən 3 balıqçı gəmisini batırıb.
Məsələ ilə bağlı rəsmi açıqlama verən İndoneziyanın Dəniz Qüvvələrinin sözcüsü Manahan Simorangir deyib ki, bundan sonra heç bir qüvvə onlara məxsus sularda qeyr-qanuni balıq ovlaya bilməz.
Qeyd edək ki, İndoneziya iqtisadiyyatı son 5 ildə ən aşağı inkişaf tempinə düşüb. Ölkə rəhbərliyi iqtisadi artımın dayanmasını balıq qaçaqmalçılığı ilə izah etməyə çalışır. Son olaraq İndoneziyanın Vietnama məxsus gəmiləri batırması isə ölkədəki iqtisadi böhranı siyasi müstəviyə də keçirə bilər.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?