GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Dünya » AKP: “İstanbulda protokollar saxtalaşdırılıb, qalib Binəli Yıldırımdır...”

AKP: “İstanbulda protokollar saxtalaşdırılıb, qalib Binəli Yıldırımdır...”

Tarix: 1-04-2019, 18:31 Bölmə :Dünya Baxış: 526
AKP: “İstanbulda protokollar saxtalaşdırılıb, qalib Binəli Yıldırımdır...”


Türkiyədə hakim AKP-nin İstanbul təşkilatının rəhbəri Bayram Şenocak jurnalistlərin qarşısına çıxaraq bu şəhərdə seçkilərin qalibinin Binəli Yıldırım olduğunu elan edib. Baxmayaraq ki, az əvvəl Binəli Yıldırım özü də rəqibi Əkrəm İmamoğlunun 25 mindən çox səs fərqi ilə irəlidə olduğunu təsdiqləmişdi. Habelə Yüksək Seçki Kurumunun məlumatlarına əsasən İmamoğlu 28 minə yaxın səs fərqi ilə öndədir.

Şenocak iddia edir ki, İstanbulda səslərin sayılmasında və nəticələrin protokollaşdırılmasında saxtakarlıqlar, pozuntular olub. O, əllərində belə pozuntulara dair “kifayət qədər faktların olduğunu” bildirib.

AKP təşkilatının rəhbəri deyib ki, etibarsız səslərin sayı 309 mindir. Habelə bəzi məntəqələrdə qutulardan Binəli Yıldırıma verilən səslər Əkrəm İmamoğluna yazılıb. “Bunu açıq deyirəm; İstanbulda nəticələrə təsir edəcək bu cür pozuntulara dair əlimizdə artıqlaması ilə faktlar var. Pozuntuları isbat etməyə hazırıq. İstanbulda bizə görə seçkini AKP və Binəli Yıldırım udub. Bütün etiraz prosedurları tamamlanandan sonra son sözü YSK deyəcək”-Şenocak bildirib.

***

Türkiyədə hakim partiyanın namizədi, ötən gün martın 31-də keçirilən bələdiyyə seçkilərində İstanbul böyük şəhər bələdiyyəsinin başqanı uğrunda mübarizəni Yüksək Seçki Kurumunun açıqladığı rəqəmlərə görə uduzan Binəli Yıldırım təslim olmaq istəmir.

Virtualaz.org Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, ötən gün öz qələbəsini elan və istanbullulara təşəkkür bildirən, lakin daha sonra rəqibinin onu üstələdiyi haqda xəbərlərdən sonra “kölgəyə çəkilən” Yıldırım nəhayət jurnalistlərin qarşısına çıxıb.

O, az əvvəl AKP-nin İstanbul şöbəsinin qərargahında brifinq keçirib və deyib ki, son məlumatlara görə rəqib namizəd Əkrəm İmamoğlu 25 minə yaxın səslə öndə gedir. Lakin aradakı fərqin 10 qatından çox etibarsız səs var. “Bu, çox önəmli detaldır. Şübhəsiz ki, YSK mandatı kimə versə başqan o olacaq. Etibarsız sayılan səslər aradakı fərqin 10 qatıdır. Nəticələri dəyişdirə bilər”-Yıldırım bildirib.

AKP-nin namizədi deyib ki, hazırda İstanbulda səslərin sayılması davam etməkdədir və 14 seçki qutusunda səslər sayılacaq. Habelə bəzi pozuntular, məlumatların xətalı şəkildə daxil edilməsi halları var.

“Etibarsız səslərin sayı 319 minə yaxındır. İstanbul xalqına təşəkkür edirəm, qazanan kim olursa olsun, çox gözəl seçki kampaniyası keçirdik”-Yıldırım bildirib.

* * *

12.05

İstanbul böyük şəhər bələdiyyə başqanı postuna dünənki seçkilərdə kimin seçildiyi barədə müəmmaya nəhayət Yüksək Seçki Kurumunun başqanı Sadi Güven nöqtə qoyub. YSK başqanı az əvvəl jurnalistlərin qarşısına çıxaraq İstanbulda CHP-nin namizədi Əkrəm İmamoğlunun 28 minə yaxın səs fərqi ilə öndə olduğunu deyib. Güven habelə bildirib ki, seçkilərin nəticələrinə dair məlumatların açıqlanmasını müəmmalı şəkildə dayandıran və hələ də Binəli Yıldırımı öndə göstərən “Anadolu” agentliyi məlumatları YSK-dan almır. “Agentlik bizim müştəri deyil, məlumatları haradan əldə edir, bilmirəm. Mənim adımın bu məsələdə hallandırılması yolverilməzdir”-o bildirib.

***

Türkiyədə dünən martın 31-də keçirilmiş bələdiyyə seçkilərinin nəticələri ölkənin ən böyük şəhəri olan İstanbulda əsl müəmmaya çevrilib.

Virtualaz.org Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, bu şəhərin bələdiyyə başqanı postu uğrunda mübarizəni kimin qazandığı hələ də rəsmən məlum deyil. Belə ki, seçkilərin nəticələrinə dair rəqəmləri açıqlayan “Anadolu” rəsmi dövlət xəbər agentliyi müxalifətin namizədi ilə hakimiyyətin namizədi arasında səs fərqinin kəskin azalmağa başlamasından sonra İstanbul üzrə məlumatların yayılmasını müəmmalı şəkildə dayandırıb.

Hərçənd müxalif “Millət ittifaqı” blokunun (CHP, İYİ partiya) namizədi Əkrəm İmamoğlu ötən gün axşamdan etibarən vaxtaşırı olaraq jurnalistlər qarşısına çıxaraq Yüksək Seçim Kurumundan daxil olan protokollara istinadən qalib gəlməkdə olduğunu bildirir. Lakin hakim AKP-nin namizədi, “Cümhur ittifaqı” blokunu təmsil edən (AKP, MHP) keçmiş baş nazir və spiker Binəli Yıldırım isə seçkilərin nəticələrinin açıqlanmasını gözləmədənvə İmamoğlu ilə aralarındakı fərqin aradan qalxdığı haqda rəqəmlərə baxmayaraq hətta qələbə çıxışı edib. Axşam saat 23.30 radələrində Yıldırım tərəfdarları qarşısına çıxaraq o qədər də inamlı olmayan səslə “qalib gəldiyini” elan edib, istanbullulara onu seçdikləri üçün təşəkkür bildirib. Daha sonra Yıldırımın AKP qərargahında geniş qələbə nitqi ilə çıxış etməsi planlaşdırılsa da hakimiyyətin namizədi fikrindən daşınıb. Nəticədə çıxışı yayımlamaq üçün göndərilən canlı yayım maşınları geri qayıdıb.

Bununla belə səhərə yaxın İstanbulun bəzi körpülərində və piyada keçidlərində üzərində Yıldırımın portretləri olan qələbə plakatları asılıb. Əkrəm İmamoğlu növbəti brifinqində bunu Yıldırımın “böyük səhvi” adlandırıb. Bildirib ki, cəmi bir seçki məntəqəsində səslər sayılmamış qalıb və qalan məntəqələr üzrə onun əlində olan rəsmi protokollara görə seçkini 26 min səsdən çox fərqlə udur. Qalan bir məntəqədə isə təxminən 350 səs var ki, bu da nəticələrə təsir edə bilməz. İmamoğlu rəqibindən təbrik gözlədiyini bildirib.

Maraqlıdır ki, prezident Rəcəb Tayyib Ərdoğan ənənəvi “balkon çıxışında” seçkilərdə AKP-nin növbəti qələbəsini elan etsə də İstanbul barədə söz açmayıb. Hərçənd ondan əvvəl Yıldırım qalib gəldiyini elan etmişdi və qələbə münasibətilə istanbullulara təşəkkür bildirmişdi.

Bu saatlara olan məlumatlara “Anadolu” agentliyi İstanbul üzrə nəticələrin yenilənməsini dayandırmış vəziyyətdədir. Agentliyin son məlumatına görə İstanbulda seçki qutularının 99.01 faizi açılıb və Binəli Yıldırım 48.70 faiz səslə “qabaqdadır”. Əkrəm İmamoğlu isə 48.65 faiz səs toplamış kimi göstərilir. Agentlik nəticələrin yenilənməsini niyə dayandırdığını izah etmir. İmamoğlu agentliyi qınayıb və onu seçki manipulyasiyasında iştirak etməkdə günahlandırıb. KİV-lərə səslənib ki, daha agentliyin məlumatlarına deyil, CHP-nin YSK-dan əldə etdiyi məlumatlara istinad etsinlər.

YSK-nın Bakı vaxtı ilə saat 10.20 radələrində yaydığı rəqəmlərə görə İmamoğlu açıq fərqlə öndə gedir. Belə ki, seçki qutularının 99.69-u açılıb və İmamoğlu səslərin 48.80 faizini alıb. Yıldırım isə 48.48 faiz səs toplayıb. Namizədlərin arasında səs fərqi 27 mini keçir və qalan seçki məntəqələri üzrə səslər nəticələrə ciddi təsir etməyəcək.

Bununla belə İmamoğlunun qələbəsi və Yıldırımın məğlubiyyəti hələ rəsmən elan edilmiş deyil. Belə görünür ki, AKP Ankaradan sonra ölkənin ən böyük şəhərini də uduzmasından müəyyən pərtlik keçirir və hakim partiyanın aparıcı üzvlərindən olan Yıldırımın məğlubiyyətini “yavaş-yavaş” etiraf etməkdədir...
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Binəli Yıldırım Bakıya gəlir

    Binəli Yıldırım Bakıya gəlir ...

    20-09-2018, 11:30

  • 
  • Binəli Yıldırım kürd lideri ilə cəbhə bölgəsində görüşdü - (FOTO)

    Binəli Yıldırım kürd lideri ilə cəbhə bölgəsində ...

    8-01-2017, 21:52

  • 
  • Azərbaycan Prezidenti Binəli Yıldırımla görüşüb

    Azərbaycan Prezidenti Binəli Yıldırımla görüşüb ...

    21-09-2018, 13:26

  • 
  • Binəli Yıldırım: "Fətullah Güləni dəstəkləyən ölkə düşməndir"

    Binəli Yıldırım: "Fətullah Güləni ...

    17-07-2016, 02:10

  • 
  • ​Yıldırım Türkiyə istehsalı olan silahla qorunacaq

    ​Yıldırım Türkiyə istehsalı olan silahla qorunacaq ...

    6-01-2018, 10:36


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu