Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın bələdiyyə seçkilərində paytaxt Ankarada nəzarəti itirib və belə görünür ki, İstanbulda da məğlubiyyətlə qarşılaşacaq.
Prezident Ərdoğan və merliyə namizəd Binəli Yıldırımın Ədalət və İnkişaf Partiyasının İstanbulda zəfərinə görə təşəkkürləri ilə bağlı plakat belə görünür bir az vaxtından əvvəl qoyulub. Lakin müxalif Cumhuriyyət Xalq Partiyasından namizəd Əkrəm İmamoğlunun çox az səs fərqi ilə də olsa, İstanbulda qələbə qazanacağı gözlənilir.
İstanbulun Üsküdar bölgəsi Ərdoğanın evi və onun Ədalət və İnkişaf Partiyasının istehkamı sayılır. Ədalət və İnkişaf Partiyasını dəstəkləyənlərdən bəziləri Binəli Yıldırımın qalib gəldiyini deyir. Digərləri isə məğlub olduğunu qəbul edir.
Üsküdardan bir az aralıdakı Kadıköydə isə müxalifətin Cumhuriyyət Xalq Partiyasının istehkamı yerləşir. Cumhuriyyət Xalq Partiyası qələbə plakatlarını nümayiş etdirir. Burada insanlar yeni gələcəyə ümidlə baxır.
Təhlilçilərin fikrincə, İstanbul Türkiyənin sənaye, maliyyə və mədəni paytaxtıdır və ənənəvi olaraq siyasi dəyişikliklərə stimul verir.
İstanbul Ədalət və İnkişaf Partiyası üçün böyük əhəmiyyət kəsb etdiyi üçün Binəli Yıldırım səsvermənin nəticələrinə etiraz edir. Ədalət və İnkişaf Partiyasının Üsküdardakı kimi istehkamlara sahib olmasına baxmayaraq, türkiyəlilərdən bəziləri qarşıdurma deyil, barışığa çağırır.
İstanbuldakı səsvermənin mübahisəli nəticələri Türkiyədəki siyasi parçalanmanın daha da dərinləşməsinə yol aça bilər.
Sorğu
Yeni dizaynımız necədir?