Ermənistan Baş naziri Nikol Paşinyan ötən gün axşam parlamentə gedərək, Mənim Addımım fraksiyasının deputatları ilə görüşüb.
Mənim Addımım fraksiyasının deputatları görüşdən öncə mediaya açıqlamalarında Nikol Paşinyanın Azərbaycan Prezidenti İlham Əliyevlə Vyana görüşünün müzakirə olunacağını bildiriblər.
***
Əgər bizi müharibəyə məcbur etsələr, Ermənistan düşməni sülhə məcbur edəcək.
Bu sözləri Ermənistan Baş naziri Nikola Paşinyan Mənim Addımım fraksiyasının deputatları ilə görüşündən sonra jurnalistlərə açıqlamasında deyib.
“Biz deyirik, bizi müharibə ilə qorxutmayın. Biz müharibədən qorxmuruq. Kimsə düşünürsə ki, Ermənistana qarşı müharibəyə başlasalar, o təslim olacaq, yanlış fikirləşir”, – deyə o bildirib.
Qeyd edək ki, bundan öncə Azərbaycan Müdafiə naziri Zakir Həsənov erməni həmkarı David Tonoyanın “yeni ərazilər uğrunda müharibə” formuluna keçdiyini bəyan etməsinin ardınca müharibə başlayacağı təqdirdə Tonoyanla İrəvanda görüşəcəyini demişdi.//axar.az
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?